Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiyada saxlanılan kuir çeçen gəncin təhdid altında video çəkdiyi deyilir

24 Fevral 2023
A A
Rusiyada saxlanılan kuir çeçen gəncin təhdid altında video çəkdiyi deyilir

İdris Arsamikov. Foto: "VKontakte"/ videodan skrinşot

Cinsi kimliyinə görə Çeçenistandan qaçan və fevralın 16-da Moskvada hava limanında saxlanılan İdris Arsamikov video yayımlayaraq onun hüquqlarını müdafiə etməyi dayandırmağa çağırıb. OC Medianın məlumatına görə, insan haqları qrupları bu videonun təzyiq altında çəkildiyini bildirirlər.  

Videoda nələri deyib: Arsamikov hava limanında saxlanıldıqdan bir gün sonra “VKontakte” hesabında iki video yayaraq Çeçenistandakı evində olduğunu deyib. O, kuirlərə müraciət edərək onun hüquqlarını qorumağa çalışmağı dayandırmağı istəyib:

Siz məni təhqir etdiniz. Ukraynada xidmət edən iki qardaşım kimi mən də vətənpərvərəm. Tezliklə müalicə alacağam və yəqin ki, Ukraynaya gedəcəyəm. Mən kişiyəm və tezliklə evlənəcəyəm.

deyib videoda

Görüntülərin birində o, Rusiyaya işləmək üçün qayıtdığını və hava limanında ona qarşı keçmiş çağırışlara məhəl qoymadığı üçün saxlanıldığını deyib. Bundan başqa, 28 yaşlı gənc Çeçenistanda hüquqlarının yüksək qiymətləndirildiyini vurğulayaraq media və hüquq müdafiəçilərindən onu və ailəsini tək qoymağı tələb edib. Yaydığı videolardan birində görünən anası və əmisi isə izləyiciləri “İdrisi tək qoymağa” çağırıb.

Təşkilat videonu necə şərh edib: LGBT hüquqlarını müdafiə edən, Şimali Qafqazda yerləşən “NK Crisis Group SOS” teleqram kanalında yaydığı məlumatda 28 yaşlı gəncin videoları görüntülərdəki əmisi Yunus Arsamikovun təzyiqi altında çəkdiyini, həmin əminin hüquq-mühafizə orqanları ilə əlaqələri olduğunu iddia edib:

Ritorika, istifadə etdiyi sözlərin seçimi, fon və analoji hadisələr onu göstərir ki, ictimai etirazlardan qorxduqları üçün Arsamikovu bu videoları çəkməyə məcbur ediblər. Gücü məğlub etmək üçün “ictimai tövbə” Çeçenistanda ümumi təcrübədir.

bildirir təşkilat

Kömək üçün hansı addımlar atılıb: “NK Crisis Group SOS” və İşgəncələrə Qarşı Ekipaj təşkilatı Arsamikovun cinsi kimliyinə görə oğurlanması, saxlanması və işgəncələrə məruz qalması ilə bağlı BMT-yə birgə bəyanatlar göndərib. Hər iki təşkilat BMT-nin gəncin yeri və vəziyyəti ilə bağlı Rusiya hakimiyyətinə sorğu göndərməsini gözləyir. Bundan başqa, cümə günü Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra tvitter hesabında “Domodedovo” hava limanında həbs olunaraq və Qroznıdakı rejimə təhvil verilən İdris Arsamikovun taleyindən narahat olduğunu bildirib:

Niderlan Rusiya hakimiyyətini onun təhlükəsizliyini təmin etməyə və insan hüquqlarını qorumağa çağırır.

yazıb XİN rəhbəri

Arsamikov kimdir, nə baş verib: “NK Crisis Group SOS” deyir ki, Arsamikov həmcinsi ilə münasibətdə olduğu üçün 2017-ci ildə Çeçenistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq işgəncələrə məruz qalıb. Təşkilat əlavə edib ki, 2018-ci ildə gəncə Rusiyadan qaçmağa kömək ediblər və o, həmin ildən Niderlandda yaşayıb. 2022-ci ilin martında isə atasının dəfnində iştirak etmək üçün Rusiyaya qayıdıb. 16 fevralda Rusiyananın Beynəlxalq “Domodedovo” Hava Limanında saxlanılan 28 yaşlı Arsamikova kömək etmək üçün “NK Crisis Group SOS” təşkilatı oraya vəkil göndərib.Təşkilat gəncin Çeçenistan təhlükəsizlik qüvvələrinin tələbi ilə saxlandığı bildirilib. Daha sonra onlar Arsamikovun dələduzluqda ittiham olunduğunu, ölüm təhlükəsi ilə üzləşəcəyi Çeçenistana aparıldığını bəyan ediblər.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia