Bazar ertəsi, 26 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Beynəlxalq Məhkəmə Azərbaycandan Laçın dəhlizini açmağı tələb edir

24 Fevral 2023
A A
Beynəlxalq Məhkəmə Azərbaycandan Laçın dəhlizini açmağı tələb edir

Haaqadakı Sülh Sarayında Beynəlxalq Ədalət Məhkəməsinin iclası. Foto: BMT/22.02.23

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları ilə bağlı qərar qəbul edib. OC Medianın məlumatına görə, məhkəmə tərəflərin iddialarını ləğv edib, eyni zamanda Azərbayacana qarşı tələb irəli sürüb.

Azərbaycandan nə tələb olunur: Məhkəmə Laçın dəhlizini yenidən açmağı tələb edərək bildirilib ki, Azərbaycan hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin, yüklərin maneəsiz hərəkətini təmin etmək üçün bütün tədbirləri görməlidir. Bundan başqa, Məhkəmənin qərarında qeyd olunub ki, verdikləri müvəqqəti sərəncam “məcburi qüvvəyə malikdir” və hər iki tərəf üçün beynəlxalq hüquqi öhdəliklər yaradır.

Hansı iddialar rədd olunub: Ermənistan Ədalət Məhkəməsindən “Laçın dəhlizinin bağlanması, həm də Azərbaycanın dəhlizi bağlayan fəalları dəstəkləməsi, Dağlıq Qarabağın qaz təchizatını dayandırması” ilə bağlı qərar verilməsini tələb edib. Beynəlxalq məhkəmə bu iddiaları rədd edib.

Azərbaycan tərəfi isə Ermənistandan “Azərbaycan ərazilərini minalamağı dayandırmağı və əvvəlki illərdə basdırılan minaların yerini bildirməyi” tələb etmişdi. Məhkəmə bu iddianın tələblərə uyğun olmadığını bildirərək vəsatəti təmin etməyib.

Qərarlara nə reaksiya verilib: Rəsmi Yerevan Beynəlxalq Məhkəmənin Laçın dəhlizi ilə bağlı tələbini alqışlayaraq gedişatı “yaxından izləyəcəyini” deyib. XİN-dən bildirilib ki, Ermənistanın Azərbaycana qarşı işi davam etdiyi müddətdə Azərbaycan hər hansı pozuntulara yol verərsə, bu barədə məhkəməni məlumatlandıracaqlar. 

Nazirlik həmçinin vurğulayıb ki, Azərbaycanın  məhkəmə qərarını dərhal icra etməsi üçün beynəlxalq ictimaiyyət fəal addımlar atmalıdır. 

Azərbaycanın Xarici İşlər Nazirliyi də dərhal qərara münasibət bildirib və Beynəlxalq məhkəmənin Ermənistanın tələbini rədd etməsini alqışlayıb. Məhkəmənin Azərbaycana qarşı tələbinə gəlincə, XİN açıqlamasında Laçın dəhlizində nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün Azərbaycanın öhdəliyinə düşən bütün tədbirləri gördüyünü, bundan sonra da görəcəyini bildirilib.

Laçın dəhlizində nə baş verir: Dağlıq Qarabağ ərazisindən mədən qazıntıları aparılmağa başlanandan sonra özünü ekofəal kimi təqdim edən bir qrup azərbaycanlı, QHT nümayəndələri dekabrın 12-də Laçın yolunu bağlayıblar. Bir sıra Qərb ölkələri və beynəlxalq insan haqları təşkilatları Azərbaycan və Rusiyanı dəhlizi yenidən açmağa çağırıblar. 

Bakı isə Qırmızı Xaç və Rusiya sülhməramlılarının maşınlarının Dağlıq Qarabağa humanitar yardımların çatdırılmasına icazə verildiyini deyir və yolun bağlanmasının bölgədə ərzaq və dərman çatışmazlığı yaratdığını təkzib edir.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia