Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

10 Aprel 2023
A A
Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

İllustrasiya: Mikroskop Media

7-8 apreldə Azərbaycan və İran Xarici İşlər Nazirliyinin rəhbərləri arasında son günlərdə iki ölkə arasındakı gərginliyi müzakirə etmək məqsədilə ilə telefon danışığı olub. Hər iki ölkənin XİN mətbuat xidməti 2 dəfə baş tutan telefon danışığı ilə bağlı bir dəfə məlumat yayıb. Telefon danışığı ilə bağlı həm İran, həm də Azərbaycan tərəfi aprelin 8-i axşam saatlarında rəsmi məlumat yayıb, amma onların arasında fərqlər var. 

Azərbaycan tərəfinin paylaşdığı:

  • Tərəflərhər iki ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını bildirib
  • İki ölkə arasındakı narazılıqlar və anlaşılmazlıqlar müzakirə edilib
  • Mövcud layihələrin icrası istiqamətində iş aparılmasına dair razılığa gəlinib

İran tərəfinin paylaşdığı:

  • Narazılıqların və anlaşılmazlıqların aradan qaldırılması üçün çıxış yolları axtarılmasına qərar verilib
  • İsrailin regiondakı fəaliyyəti nəticəsində yaranan mübahisələrdən qalib çıxanın yalnız düşmən olacağı qeyd olunub
  • Hər iki xalqın maraqları naminə media mühitinə nəzarət olunmasının vacibliyi vurğulanıb

İki ölkə Xarici İşlər Nazirliyinin yadığı xəbərdə əsas məqamlardan biri media ilə bağlı hissədir. Həm Ceyhun Bayramov, həm də həmkarı Hüseyn Əmir Abdullahian iki ölkənin mediasına nəzarət etməkdə razılığa gəliblər.

Bu niyə problemdir: Həm Azərbaycanda, həm də İranda iki ölkə arasındakı münasibətlərin gərginləşməsi və ictimaiyyətin fikrini yönləndirmədə hökumətyönlü medialar ciddi rol oynayır. Azərbaycanda “bu işi öz üzərinə” yerli telekanallar götürüb və hmin telekanallarda mütəmadi olaraq İranı tənqid edən reportajlar yayımlanır, verilişlər hazırlanır.

Ceyhun Bayramovun ölkə medialarına nəzarət edilməsi məsələsində razılaşması televiziyaların bu günə qədər də yayımladığı reportajların hökumətin razılığı ilə yayımladığı mənasına gəlir.

Həmin medialar nəyi hansı başlıqla yayımlayır:

AZTV: Tehran rejimi terror şəbəkəsini belə qurur: maliyyələşdirməsi mexanizminin DETALLARI – 10 aprel 2023

İctimai Televiziya: İran Ermənistanla sərhədə ordu yığır | Azərbaycan nə etməlidir? – 9 aprel 2023

ARB 24: İranın Azərbaycanda çevriliş cəhdi: Məxfi adamlara 6 ay öncə əmr verilib – 9 aprel 2023

Real TV: Regionun narkobaronu – İran – 6 aprel 2023

Nə baş verib: Azərbaycan və İran arasında bir neçə həftədir davam edən gərginlik deputat Fazil Mustafanın evinin önündə güllələnməsindən sonra bir az da dərinləşib. Bu hadisədən sonra Azərbaycanda İrana “casus kimi işləməkdə” ittiham edilən yüzlərlə dindar həbs edilib. XİN rəhbərlərinin son danışığından bir gün əvvəl isə Azərbaycan İran səfirliyinin 4 əməkdaşını arzu olunmaz şəxs elan edib və onlardan 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia