Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Talıbovlar ailəsi əvvəllər payçısı olduqları Naxçıvan Bankı tərk edib. Daha əvvəl payçı olduqlarını necə gizlədiblər? İzah edirik!

08 İyun 2023
A A
Talıbovlar ailəsi əvvəllər payçısı olduqları Naxçıvan Bankı tərk edib. Daha əvvəl payçı olduqlarını necə gizlədiblər? İzah edirik!

İllustrasiya: Mikroskop Media

Vasif Talıbovun istefasından sonra “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətində onun ailə üzvlərinə məxsus paylar başqa şəxslərə transfer edilib. Naxçıvanbank Talıbovlara məxsus bizneslərdən biri olsa da, ailənin buradakı payları uzun müddət gizli saxlanılıb. Bank demək olar ki, hər il müstəqil audit hesabatı yayımlasa da payçılar və onların payının miqdarı müxtəlif üsullarla gizlədilib.

Hansı üsuldan istifadə edərək gizlədiblər?

Bankın yalnız 2017-ci ilə dair maliyyə hesabatında payçıların adı ilə bağlı məlumat əldə etmək mümkün olub. Bu hesabat 2018-ci ilin mayında dərc olunub və hesabat dövründən sonra baş vermiş hadisələrə dair bölmədə payçılardan birinin ASC-ni tərk etdiyi qeyd olunub.

Bu şəxs Cahan Holdingqin rəhbəri Vüqar Abbasov olub ki, o öz payını Vasif Talıbovun qızı Baharxanım və Seymur Talıbova transfer edərək bankı tərk edib.

Bundan sonrakı illərə dair maliyyə hesabatlarında payçılarla bağlı məlumatların olduğu bölmə müxtəlif üsullarla gizlədilib.

2018-ci ilin maliyyə hesabatında payçılar olan hissədə mətnin rəngi ağardılıb və buna görə oxunmur, amma mətn seçilib başqa yerə köçürüləndə adlar və pay miqdarları aydın oxunur. Bu üsul hesabatın ingilis dilində olan versiyasında da tətbiq edilib.

2019-cu ilə dair hesabatda isə ümumiyyətlə “Giriş” hissəsinin olduğu səhifə yoxdur. Adətən maliyyə hesabatında həmin hissə şirkətin payçıları ilə bağlı məlumat verir. Bu hesabatda isə səhifə 5 tamamilə hesabatdan çıxarılıb. Hesabatın ingilis dilində olan versiyasında isə eyni məlumatın olduğu bölmə 8-ci səhifəyə təsadüf edir və o da yoxdur.

Oxşlar qaydada 2020 və 2021-ci illərə dair hesabatlarda da həm Azərbaycan, həm də ingilis dilində olan versiyalarda ya səhifə çıxarılıb, ya da payçıların olduğu hissə ağardılaraq bunla bağlı məlumat gizlədilib.

2022-ci ildə hesabatda nə dəyişdi?

Naxçıvanda DTX-nın keçirdiyi əməliyyatlardan sonrakı dövrə təsadüfən edən, 2022-ci ilə dair maliyyə hesabatı isə bankın əvvəlki payçılarını açıqlayır. Onlar Vasif Talıbovun həyat yoldaşı Sevil Sultanova, oğulları Seymur və Rza Talıbovlar, qızı Baharxanım Talıbovadır. Hesabat dövründən sonra baş vermiş hadisələr bölməsində isə qeyd olunur ki, 2023-cü il fevralın 1-dən etibarən bütün səhmlər satılıb və iştirak payı aşağıdakı kimi dəyişib:

  • Hüseyn Məmmədov Yaşar oğlu – 63.66%
  • Rüfət Məmmədov Əhədağa oğlu  – 26.52%
  • Binnət Novruzov Yasin oğlu – 9.82%

Kimin səhmi kimə satılıb?

Bu dəyişikliyə qədər bankın 63.66%-lik payı Rza Talıbova, 9.82%-lik payı Baharxanım Talıbovaya, 20.48%-lik payı Seymur Talıbova, 6.04%-lik pay isə Sevil Sultanovaya məxsus idi.

Maliyyə hesabatdan screenshot

Bundan əlavə Naxçıvanbank ASC-nin illik maliyyə hesabatı və müstəqil auditor rəyini hazırlayan şirkət də dəyişib. 2017-2021-ci illərə dair hesabat “Bakertilly” şirkəti tərəfindən hazırlansa da, son maliyyə hesabatı və auditor rəyini Nexia EA Qapalı Səhmdar Cəmiyyəti hazırlayıb. Bu şirkət 2009-cu ilin oktyabrında “Euro Audit” MMC kimi qeydiyyatdan keçib. Daha sonra adı və hüquqi forması dəyişdirilib. Hazırda 2000 AZN nizamnamə kapitalı olan Nexia EA Qapalı Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.

Nə baş verib:

Dövlət Təhlükəsizlik Xidməti 2022-ci ilin noyabrından etibarən Naxçıvan Muxtar Respublikasında bir neçə əməliyyat keçirib və yerli vəzifəli şəxslər, o cümlədən nazirlər korrupsiya və yeyintidə ittiham olunaraq saxlanılıb. Bu əməliyyatların ardınca isə Ali Məclisin sədri Vasif Talıbov vəzifəsindən istefa verib. Nəticədə 27 il sonra Naxçıvana yeni rəhbər təyin edilib.

Vasif Talıbovla yanaşı oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia