Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qubad İbadoğlunun həbsinin 2-ci günü. Nələr məlumdur?

24 İyul 2023
A A
Qubad İbadoğlunun həbsinin 2-ci günü. Nələr məlumdur?

İllustrasiya: Mikroskop Media

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu 23 iyulda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 204.1-ci – satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları əldə etmə və ya satma – maddəsi ilə cinayət işi başlanıb. Qubad İbadoğlu öz həbsi barədə qısa şərh verə bilib: “İlham Əliyevin sifarişilə saxlanılmışam”.

Niyə saxlanılıb?

Qubad İbadoğlu Anar Əliyev adlı şəxsin ifadəsi əsasında saxlanılıb. A. Əliyevin ifadəsinə görə Q. İbadoğlu ona saxta pul və hansısa təlimatlar verib. İfadə verən Anar Əliyev özü də saxlanılıb və onun ifadəsində haqqında danışdığı təlimatların nələr olduğu məlum deyil.

Saxlanılan digər şəxslər: Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Ruslan Əliyevdir. Onların FETÖ ilə əlaqələrinin olduğu iddia edilir.

Türkiyənin həbsdəki rolu

Qubad İbadoğlunun həbsindən dərhal sonra Türkiyə hökumətinə yaxın medialarında “Azərbaycanda FETÖ əleyhinə əməliyyat” keçirildiyi və 5 nəfərin saxlanıldığı barədə xəbərlər yazılmağa başlandı. Həmin xəbərlərdə saxlanılanlardan birinin siyasi partiya rəhbəri olduğu qeyd edilirdi. Türkiyənin terror təşkilatı kimi tanıdığı FETÖ əleyhinə Azərbaycanda bundan əvvəl də əməliyyatlar olub.

Bununla yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, bu dəfəki əməliyyat Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında keçirilib.

DİN-in rəsmi açıqlaması

23 iyulda gün ərzində bir neçə dəfə DİN rəsmi açıqlama verib.

Saxlanma barədə: DİN açıqlamasında saxlanma yox, dəvət edilmə kimi yazıb. Bildirilib ki, Qubad İbadoğlu vəkili Zibeydə Sadıqova ilə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Həyat yoldaşının saxlanması barədə: DİN partiya sədrinin həyat yoldaşı ilə birgə saxlanmasını təkzib edib. İddiaları əsassız adlandırıb.

Ofisində axtarış

23 iyulda Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış aparılıb. Axtarış gecə saatlarınadək davam edib. Ofisindən sənədlər və 40 min ABŞ dolları “aşkarlanıb”. Bu pulun saxta olub-olmaması ilə bağlı ekspertiza keçiriləcək.

Səhhəti pisdir, dərman isə verilmir

Qubad İbadoğlunun qızı Jalə Bayramova atasının səhhətindən narahatdır. O yazır ki, “atasının yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündür. Həmin dərmanlarsız o sadəcə məhv ola bilər”.

Q. İbadoğlunun həyat yoldaşına zorakılıq

Qızı Jalə Bayramova həm də anası barədə məlumat paylaşıb. Yazır ki, “İradə Bayramovanın, bütün bədəni göm-göydür. Həmişəki kimi zorakılıq tətbiq ediblər. Təssəvür edə bilmirəm ki, Qubad İbadoğluda vəziyyət necədir. Biz hələ də dərmanları çatdıra bilmirik”. Daxili İşlər Nazirliyi isə açıqlama yaymışdı ki, partiya sədrinin həyat yoldaşı saxlanılmayıb.

İttiham sübuta yetirilsə

Qubad İbadoğlu barədə irəli sürülən ittiham sübuta yetirilərsə, ona beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Qubad İbadoğlu nə işlə məşğul idi?

İqtisadçı ekspert Qubad İbadoğlu həm də Amerika Birləşmiş Ştatları və Böyük Britaniya universitetlərində professor kimi çalışıb. İyulun 1-də anasının səhhətinin pisləşməsi ilə əlaqədar Bakıya gəlmədən əvvəl o, London İqtisad və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science) professor və baş elmi işçi kimi çalışırdı.

Bundan əlavə Qubad İbadoğlu Cəmil Həsənli və Arif Məmmədovla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunu (AGTF) yaradıb və özünün yaydığı məlumata görə, fond 27 iyun 2023-cü ildə Londonda İngiltərə və Uelsin Xeyriyyə Komissiyasında qeydiyyatdan keçib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia