Bazar ertəsi, 13 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Öldürülmə ehtimalı olan qadın Rusiyadan oğurlanaraq Çeçenistana aparılıb

25 Avqust 2023
A A
Öldürülmə ehtimalı olan qadın Rusiyadan oğurlanaraq Çeçenistana aparılıb

İllustrasiya: Mikroskop Media

Həyati təhlükəsi olduğu üçün Çeçenistanı tərk edən çeçen qadın Sankt-Peterburqdakı evindən oğurlanıb. OC Media yazır ki, Qroznıya aparılan Seda Süleymanova oğurluq törətməkdə ittiham olunaraq saxlanılıb. İnsan haqları fəalları onun öldürülə biləcəyindən narahatdır. 

Seda Süleymanovanı və birlikdə yaşadığı partnyoru Stanislav Kudravçevi bir qrup şəxs 23 avqustda oğurlayıb.

Bu barədə məlumatı kuir haqlarını müdafiə edən NC SOS Böhran Qrupu yayıb.

Cütlüyü oğurlayanlardan ikisi özlərini polis zabiti, digər ikisi isə “mülki geyimli çeçenlər” kimi təqdim edib.

Polis bölməsinə aparılandan qısa müddət sonra Kudryavtsev sərbəst buraxılsa da, Süleymanova 150.000 ₽ (2 700 manat) dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

Süleymanovanın hüquqi təmsilçisi NC SOS Böhran Qrupu onunla əlaqə saxlaya və ya onun harada olduğunu birbaşa dəqiqləşdirə bilməyib. Onlar iddia edirlər ki, Süleymanova qaçırıldıqdan sonra təyyarə ilə Çeçenistana aparılıb.

“İndi onunla heç bir əlaqə yaratmaq münkün deyil. Onun harada olduğunu bilmirik. Sankt-Peterburq polisi də onun harada olduğunu və konkret hansı əsasla apardığını açıqlamır” – Qrup OC Media-ya bildirib.

Qadının təşkilatdan olan vəkili Mark Alekseyevə polis məlumat verib ki, Süleymanova qanuni prosedur olmadan saxlanılıb və onun oğurlamaqda ittiham olunduğu qızıl-zinət əşyalarını tapmaq mümkün olmayıb.

Böhran qrupunun məlumatına görə, Süleymanova əvvəllər ailəsinin təzyiqi ilə üzləşib, onun hüquqları məhdudlaşdırılıb və yerli adət-ənənələrə riayət etməyə məcbur edilib.

“Ailəsi dediklərini etməyəcəyi təqdirdə Süleymanovanı öldürməklə təhdid edib və bu yolla namuslarını təmizləyəcəklərini deyib”.

NC SOS Böhran Qrupu Süleymanovanın işini 2022-ci ilin oktyabr ayından bəri izləyir. O, ailəsi tərəfindən öldürülmək qorxusu ilə bu təşkilata müraciət edib.

Ailəsi bu ilin fevralında Seda Süleymanovanı qaçırmağa cəhd edib. Həmin vaxtdan bəri o, Sankt-Peterburqda yaşayır və işləyirdi.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia