Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Arayik Arutyunyanın 9 saat çəkən müşavirəsində nə danışılıb?

29 Avqust 2023
A A
Arayik Arutyunyanın 9 saat çəkən müşavirəsində nə danışılıb?

Xankəndində "parlament" binasının önündəki mitinqdən. Foto: artsakhpress

28 avqustda Xankəndinin mərkəzi meydanında planlaşdırılmamış mitinq baş tutub. Mitinq iştirakçıları Arayik Arutyunyanın rəhbərlik etdiyi “hökumətdən” “Dağlıq Qarabağ Respublikasının” taleyi ilə bağlı cavab verilməsini tələb edib.

Etirazçıların qarşısına çıxan Arayik Arutyunyan 29 avqustda keçiriləcək iclasda qərar veriləcəyini açıqlasa da, bu təklif narazılığa səbəb olub. Mitinq iştirakçıları görüşün elə 28 avqustda keçirilməsini və onlayn yayımlanmasını tələb edib. Etirazçılar deyib ki, “hökumətin” xalqı necə qoruyacağı ilə bağlı təkliflərini hamının bilməyə haqqı var.

❗️TƏCİLİ
⚡️Hazırda Xankəndində planlaşdırılmamış mitinq başlayıb.
▶️Mitinq iştirakçılarının qarşısına çıxan Arayik Arutyunyan sabah “Dağlıq Qarabağ Respublikası”sın taleyinin həlli ilə bağlı xüsusi yığıncağın baş tutacağını açıqlayıb.
🔸Sıralamanı izlə! pic.twitter.com/AZAXKGiE1R

— Mikroskop Media (@MikroskopMedia) August 28, 2023

İclas elə 28 avqustda baş tutub, amma onlayn yayımlanmayıb. Xankəndinin mərkəzi meydanına toplanan etirazçılar iclas bitənə qədər orada gözləyib. 9 saatdan sonra, səhər saat 5-də iclas bitib və Arayik Arutyunyan növbəti dəfə xalqın qarşısına çıxaraq açıqlama verib.

Arazik Arutyunyanın açıqlamasındakı əsas məqamlar:

  • 28 avqustda Laçın sərhəd buraxılış məntəqəsində saxlanılan 3 gənc ən qısa vaxtda “Dağlıq Qarabağ Respublikasına” qaytarılacaq.
  • Saxlanılan gənclərin valideynlərini “prezident ofisinə” dəvət edib və onların bu gün öz övladları ilə əlaqə yaradacağına söz verib.
  • “Dağlıq Qarabağdakı” humanitar böhranın yumşaldılacağı ifadəsi isə mitinq iştirakçılarının etirazına səbəb olub. Onlar tələb edib ki, yumşaldılması yox, birbaşa həll edilməsi vacibdir.

Nə baş verib?

28 avqustda Laçın sərhəd buraxılış məntəqəsində 3 erməni futbolçu saxlanılıb. Onlar 2021-ci ildə Azərbaycan bayrağını təhqir etməkdə ittiham edilirlər.

Hökumətə yaxın caliber.az saytının yazdığına görə hər 3 nəfər “humanizm nümayiş etdirilərək yaşının az olduğunu nəzərə alınaraq” 10 günlük həbs edilib. Həbs müddəti bitdikdən sonra isə onların Ermənistana deport ediləcəyi bildirilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia