Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Erməni futbolçuların saxlandığı gün başqa bir neçə erməni də “xüsusi otaqda” dindirilib

29 Avqust 2023
A A
Erməni futbolçuların saxlandığı gün başqa bir neçə erməni də “xüsusi otaqda” dindirilib

Foto: Ombudsman Aparatı. İllustrasiya: Mikroskop Media

Laçın sərhəd-buraxılış məntəqəsində 3 erməninin Azərbaycan bayrağını təhqiretmə ittihamı ilə saxlanıldığı gün başqa bir neçə erməni də “xüsusi otağa” aparılaraq dindirilib.

Bu barədə tanınmamış respublikanın “prezidentinin” müşaviri Artak Beqlaryan Azadlıq Radiosunun erməni xidmətinə açıqlamasında bildirib. 

“Onlara Artsax və Ermənistandakı iqtisadi vəziyyətlə bağlı suallar verilib”.

Artak Beqlaryan

A. Beqlaryan onu da deyib ki, Rusiya sülhməramlı missiyası həmin şəxslərin Azərbaycandan qaytarılması üçün danışıqlar aparır.

Ermənistan XİN həbslə bağlı nə deyir?

28 avqustda bəyanat yayan Ermənistan Xarici İşlər Nazirliyi saxlanılmanı “oğurluq” adlandırıb. Bəyanatda bildirilib ki, futbolçuların səfəri əvvəlcədən planlaşdırılıb və onları Rusiyanın sülhməramlı missiyası müşayiət edib.

Bəyanatda Azərbaycan Dağlıq Qarabağla dialoqdan yayınmaqda və “etnik təmizləmə” siyasəti yürütməkdə ittiham olunur.

“Dağlıq Qarabağ əhalisi aclığa, tibbi ləvazimatların, zəruri malların, qaz və elektrik enerjisinin blokadasına məruz qalır. Habelə yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq bütün əsas insan hüquqlarından məhrum edilir”.

Ermənistan XİN

Nə baş verib?

28 avqustda Laçın sərhəd-buraxılış məntəqəsində 3 erməni saxlanılıb. Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan 2021-ci ildə Azərbycan bayrağını təhqiretmədə ittiham edilir. 

Hökumətə yaxın caliber.az saytının yazdığına görə hər 3 nəfər “humanizm nümayiş etdirilərək yaşının az olduğunu nəzərə alınaraq” 10 günlük həbs edilib. Həbs müddəti bitdikdən sonra isə onların Ermənistana deport ediləcəyi bildirilib.

Saxlanılan şəxslərlə bu gün ombudsman Səbinə Əliyeva görüşüb. Açıqlanan məlumata görə saxlanılanlar saxlanma şəraitindən, onlarla rəftardan, qidalanmadan, habelə tibbi-psixoloji yardımdan razılıqlarını bildiriblər. Başçəkmənin gedişində həmin şəxslərin ailə üzvləri ilə telefon danışığı da təmin edilib.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia