Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda parlament daxilində etiraz aksiyaları keçirmək qadağan edilir

05 Sentyabr 2023
A A
Gürcüstanda parlament daxilində etiraz aksiyaları keçirmək qadağan edilir

Foto: Mariam Nikuradze / OC Media. İllustrasiya: Mikroskop Media

Gürcüstan parlamenti parlamentin daxilində etiraz aksiyalarının keçirilməsini qadağan edən tənzimləmələr tətbiq edə bilər.

Bu tənzimləmələr çərçivəsində parlamentə daxil olmaq üçün geyim qaydalarının da tətbiqi nəzərdə tutulur.

18 sentyabrdan etibarən parlament administrasiyası icazə vermədiyi təqdirdə, bütün ziyarətçilərə meqafonlar, mikrofonlar, afişalar, plakatlar, bannerlər və ya “nümayiş üçün istifadə edilə biləcək əşyalar” gətirmək qadağan ediləcək.

Yeni reqlament hansı qadağalara “imkan yaradacaq”?

  • Ziyarətçilərin gəliş məqsədi əvvəlcədən parlamentə bildiriləcək
  • Parlamentin mətbuat xidmətinin icazəsi olmadan mətbuat üçün brifinq zalında mediaya müsahibə vermək qadağan edəcək
  • Ziyarətçilərdən “uyğun geyim” tələb ediləcək
  • “Parlamentdə iş və tədbirlərə mane olacaq hər hansı fəaliyyət” qadağan oluncaq
  • Qaydaları pozan ziyarətçilərin parlamentə girişinə bir ilə qədər qadağa qoyulacaq

İndiyədək olan məhdudiyyətlər

Son illərdə parlamentin spikeri Şalva Papuaşvili “gücləndirilmiş təhlükəsizlik tədbirlərini” əsas gətirərək dəfələrlə parlamentə girişi məhdudlaşdırıb. Onun fəaliyyəti dövründə Baş nazir İrakli Qaribaşvilinin çıxışları və ya mübahisəli qanun layihələrinin müzakirəsi zamanı parlamentə giriş məhdudlaşdırılıb.

Onun spikerliyi dövründə bu məhdudiyyətlər media nümayəndələrinin sessiyaları işıqlandırmasına qadağa qoymağa qədər gedib çıxıb. 

Bu məhddiyyətlər necə əsaslandırılır?

Papuaşvili Parlament Bürosunun iclasında qaydaları açıqlayaraq yeni sistemin təhlükə səviyyəsinə müvafiq rənglərlə kodlandığını deyib.

Daha aydın anlaşılsın deyə təhlükəsizlik səviyyələrinin dəqiq tərifləri: qırmızı, sarı və yaşıl səviyyələr. Bu yeni qaydalar ən yaxşı Avropa təcrübələrinə uyğun olaraq hazırlanıb.

Şalva Papuaşvili

Papuaşvili izah edib ki, qırmızı təhlükə səviyyəsi “fors-major hadisələr zamanı” parlamentdə olanların hamısının təxliyəsini, sarı isə “ziyarətçilər üçün müxtəlif məhdudiyyətlərin tətbiqi” deməkdir.

Sarı təhlükə səviyyəsi parlamentin bütün ziyarətçilərinin, o cümlədən jurnalistlərin parlamentə daxil olmasının qarşısını almağa imkan verəcək.

Müxalif deputat Ana Natsvlişvili isə sarı ilə kodlanan “təhlükəsizlik” səviyyəsini “mümkün qədər vətəndaşlardan uzaq durun, çünki biz onlardan qorxuruq” adlandırıb.

Siz Gürcüstan vətəndaşlarının səsini eşitməyə belə qorxursunuz. Bu sadəcə utancvericidir.

Ana Natsvlişvili

Yeni qaydalar parlamentin payız sessiyasından qısa müddət sonra qüvvəyə minəcək.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia