Çərşənbə, 15 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvanda tibb işçilərinə smartfonla işə gəlmək qadağan edilib

07 Sentyabr 2023
A A
Naxçıvanda tibb işçilərinə smartfonla işə gəlmək qadağan edilib

İllustrasiya: Mikroskop Media

Naxçıvanda Səhiyyə Nazirliyinin yeni tapşırığına əsasən, tibb işçilərinə kamerası olan smartfonlarla işə gəlmək qadağan olunub. Bu qadağa hələlik Naxçıvan MR Xəstəxanasında, xüsusilə tibb bacılarına və sanitar heyətə tətbiq olunur. Bu barədə “Gündəlik Naxçıvan”a həmin xəstəxanada çalışan bir qrup tibb işçisi məlumat verib. 

İşçilər bildirir ki, məqsəd xəstəxanada baş verən özbaşnalıqların telefonla çəkilib, ictimailəşdirilməsinin qarşısını almaqdır.

40 yox, 60 saatlıq iş məcburiyyəti

Xəstəxananın tibb bacıları iş yüklərinin artdığından da şikayət edir. Deyirlər ki, həftədə 40 saat yerinə, 60 saat işləməyə məcbur edilirlər. Tez-tez təhqir olunduqlarını, bu qayda və qadağaların yeni direktorun gəlişindən sonra tətbiq edilməyə başlanıldığını bildirirlər.  

Yeni direktor kimdir?

Naxçıvan Muxtar Respublikası Xəstəxanası Publik Hüququ Şəxsə yeni rəhbər Fehruz Zehirov təyin edilib. Bu ilin iyun ayından vəzifəyə gələn Fehruz Zehirov Səhiyyənin Təminat Mərkəzinin İdarə heyətinin sədr müavini vəzifəsində çalışıb.

Əvvəl töhmət, sonra isə işdən qovulma

Təhlükəsizliyə görə “Gündəlik Naxşıvan”ın adını açıqlamadığı tibb işçisi deyir ki, yeni qaydanı pozanlardan əvvəl izahat alınır, sonra isə onlar sərt şəkildə cəzalandırılır:

Xəstəxananın yeni rəhbərliyi işçiləri çox incidir. Kameralı mobil telefon işlətməyə icazə verilmir, ancaq köhnə telefon olmalıdır. Bu işə nəzarəti mühafizəçilərə tapşırıblar. Onlar istədikləri vaxt çantamıza girib, smartfon olub-olmadığını yoxlayırlar. Bu bizim təməl azadlıq və şəxsi toxunulmazlıq hüququmuzun pozulmasıdır. Telefonla tutulan işçilərdən öncə izahat alınır, sonra isə onlara töhmət verilir. Əgər təkrarlanarsa, işdən qovulurlar. Məcbur qalıb, əlavə xərcə düşərək 50 manat verib, köhnə, kamerasız telefonlar almışıq. Fehruz Zehirov gələndən xəstəxanada sanki bir “Gestapo” rejimi yaradıb, həyatımız zəhər olub. Artıq, dözə bilmirik.

Tibb bacısı

Digər tibb bacısı isə deyir ki, onları ayda 240 saat işləməyə məcbur edirlər:

Fehruz Zehirov özü ilə kadrlar şöbəsinə Vüsalə adlı işçi də gətirib. Vüsalə xanım bizimlə qul kimi davranır, ikiqat işləməyə məcbur edir. Nə gecəmiz var, nə gündüzümüz. Həftədə 40 saat yerinə 60-70 saat işləməyə məcbur edir, üstümüzə bağırır, təhqir edir. Etiraz edəni isə, polislə, işdən çıxarmaqla hədələyir. Keçmiş baş həkim Zəburun dövründə də haqsızlıqlar var idi, ancaq bu dərəcədə yox. Bunlar onlardan da qəddardılar.

Tibb bacısı

Məsələyə münasibət öyrənmək üçün “Gündəlik Naxçıvan” Naxçıvan MR Xəstəxanası ilə əlaqə saxlasa da rəhbərlik işçilərin iddialarına cavab vermək istəməyib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia