Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanın hərbi müdaxilə ehtimalının artdığı vaxtda Fransa Ermənistana silah satır. Azərbaycan rəsmiləri və hökumətyönlü media nə yazır?

24 Oktyabr 2023
A A
Azərbaycanın hərbi müdaxilə ehtimalının artdığı vaxtda Fransa Ermənistana silah satır. Azərbaycan rəsmiləri və hökumətyönlü media nə yazır?

Foto: Ludovic Marin / AP. İllustrasiya: Mikroskop Media

Azərbaycanla Ermənistan arasındakı gərginlik fonunda Fransa Ermənistana silah satacağını açıqlayıb. Bura hərbi texnika və hava hücumundan müdafiə sistemləri daxildir.

“Politico” nəşri yazır ki, Fransa bu addımı Azərbaycanın Ermənistana hücum etmək ehtimalından narahat olduğu üçün atıb.

Ermənistan hansı silahları alır?

3 ədəd “Ground Master 200” radio lokasiya sistemləri

Safran – durbin və sensorların daxil olduğu avadanlıq

“Mistral” qısamənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalanıb

Azərbaycanın Ermənistana hücum ehtimalı haradan çıxıb?

Bu ehtimalı sonuncu dəfə ABŞ dövlət katibi Antoni Blinken səsləndirib və bunu “Politico” nəşri dərc edib.

Azərbaycanın hücum edəcəyi ehtimal olunan ərazi isə 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan rəsmiləri tərəfindən açıq göstərilib – Zəngəzur.

İlham Əliyev müharibədən 1 il sonra Zəngəzur dəhlizi ilə bağlı hərbi müdaxiləni inkar etmirdi. Lakin bir neçə gün əvvəl o öz fikirlərində dəyişiklik edib və hərbi müdaxilə yolunu istəmədiyini bildirib.

20 aprel 2021-ci il – İlham Əliyevin AZTV-yə müsahibəsindən

Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq.

17 oktyabr 2023-cü il – “Füzuli Şəhəri Günü”ndə Füzuli sakinləri ilə söhbətindən

Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq.

Azərbaycan rəsmiləri nə deyir?

İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov: Fransa qarşıdurma və Cənubi Qafqaz regionunun daha da hərbiləşdirilməsi yolu ilə gedir. Bununla Paris regionla bağlı siyasətinin təhlükəli və kifayət qədər proqnozlaşdırıla bilən nəticələrini tamamilə görməzdən gəlir.

Deputat Tural Gəncəliyev: Fransa və Ermənistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı imzalanan sonuncu müqavilə regionda olan həssas balansın pozulmasına yönəlib və Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirəcək hadisədir.

Deputat Adil Əliyev: Fransa Cənubi Qafqazda sülh və əməkdaşlığa üstünlük verirsə, Ermənistana silah vər hərbi texnika əvəzinə ağıllı məsləhət verməliydi ki, problemlərin həlli qonşu dövlətlərlə münasibətlərin normallaşmasından və müvafiq sazişlərin imzalanmasından keçir.

Hökumətyönlü medialar nə yazır?

Aşağıda qeyd edilən başlıqlar son 2 gün ərzində yayımlanan yazı və videolardandır.

Real TV:  Fransa Ermənistanı silahlandırır – Paris bu yolla Cənubi Qafqazda sülhə mane olmağa çalışır

AZTV: Makronun qanlı Qafqaz planının üstü açıldı: Bakıya məğlubiyyətinin qisasını belə almağa çalışır?

ARB24: Fransa Cənubi Qafqazda niyə savaş yaradır? – Makronun məxfi Rusiya və Türkiyə siyasətinin DETALLARI

ATV: Fransa Cənubi Qafqazda sülhə qarşıdır

Report: İcma: “Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir”

Trend: Fransa bölgəmizdə müharibə istəyir: səbəblər nədir?

APA: Sabiq XİN başçısı: Avropanı saxlayan Almaniyadır, amma veto hüququ Fransaya verilib – VİDEO

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia