Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qarabağ erməniləri etiraz edir, Şahramanyan isə “Arsax”ın gələcəyi barədə danışmağın “çox təhlükəli” ola biləcəyini deyir

24 Oktyabr 2023
A A
Qarabağ erməniləri etiraz edir, Şahramanyan isə “Arsax”ın gələcəyi barədə danışmağın “çox təhlükəli” ola biləcəyini deyir

Foto: Civic News / video screen

Keçən həftənin cümə günü, oktyabrın 20-də Dağlıq Qarabağ erməniləri keçmiş “Dağlıq Qarabağ Respublikası”nın Yerəvandakı nümayəndəliyi önündə etiraz aksiyası keçirib.

Etirazçıların tələbləri:

  • Qaçqınların evlə təmin edilməsi
  • Hərbçilərin maaşlarının ödənməsi
  • “Respublikanın” ləğvi ilə bağlı sənədə izahat verilməsi

Etirazçılar iki dəfə polis barrikadasını yararaq binaya daxil olduqdan sonra tanınmamış keçmiş respublikanın “prezidenti” Samvel Şahramanyan onların qarşısına çıxmağa məcbur olub. O, “respublikanın” ləğvi barədə deyilənlərə belə cavab verib: 

Xalqın yaratdığı respublika heç bir sənədlə ləğv edilə bilməz.

Samvel Şahramanyan

Bu açıqlama Samvel Şahramanyanın “Dağlıq Qarabağ Respublikası”nın buraxılması haqqında fərmanı imzaladıqdan sonra ilk açıq bəyanatı idi.

Dağlıq Qarabağ Respublikası ləğv olunmayıb. Burada o sənədi oxuyan varmı? O sənədlə bağlı çoxlu suallar var, amma çox şey deyə bilmərəm.

Samvel Şahramanyan

Etiraz aksiyalarının təşkilatçısı kimdir?

Etirazların tanınmamış respublikanın “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayanın təşkil etdiyi iddia edilir, lakin etirazçılar bunu təkzib ediblər.

Aksiya iştirakçılarından biri deyib ki, şikayətçilər arasında arasında yüksək vəzifəli məmurlar yoxdur, “çünki onlar bizim pulumuza burada ev alıblar” deyə o, öz qəzəbini ifadə edib.

Biri gəlib şikayət etsin, bir nazir gəlib şikayət etsin. Onun [prezidentin] kadrları etiraza gəlsin. Bunu ona görə etmirlər ki, onların hamısının burada evi var, uşaqları da təhlükəsizlikdədir. Mənim uşaqlarım isə maşında yatırlar.

Etirazçı

O, həmçinin keçmiş “Dağlıq Qarabağ Respublikasının” rəsmilərinin Ermənistandakı evlərinin müsadirə olunaraq həlak olan əsgərlərin və yoxsul Qarabağ ermənilərinin ailələrinə verilməsini tələb edib.

Döyüşçülərin maaşı verilmir

Etirazçıların həllini tələb etdiyi başqa bir məsələ isə Azərbaycanın başlatdığı son hərbi əməliyyatlarda döyüşənlərin maaşları ilə bağlı olub. Oktyabr ayından regionun “dövlət büdcəsi” dondurulub, “hakimiyyət” indiyədək problemin həlli barədə heç bir açıqlama verməyib.

Samvel Şahramanyan etirazçıların qaldırdığı sosial məsələlərin həll olunması üçün aidiyyatı qurumlara yönləndiriləcəyini deyib. 

“Dağlıq Qarabağ Respublikasının” gələcəyi ilə bağlı suallara gəlincə, Şahramanyan bildirib ki, o, bu məsələlərin açıq şəkildə müzakirəsini düzgün hesab etmir, çünki bu, “çox təhlükəli” ola bilər. 

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia