Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstan parlamentinin spikeri Qərb donorlarını fəalların cəriməsini ödəməkdə ittiham edib

03 Noyabr 2023
A A
Gürcüstan parlamentinin spikeri Qərb donorlarını fəalların cəriməsini ödəməkdə ittiham edib

Foto: Mariam Nikuradze / OC Media, Şalva Papuaşvilinin X profilindən. İllustrasiya: Mikroskop Media

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili beynəlxalq donor təşkilatlarını Tbilisidə etiraz aksiyalarında cərimələnən etirazçıların cəriməsini ödəməkdə ittiham edib.

O, Avropa Demokratiya Fondunu (EED) nəzərdə tutaraq Gürcüstandakı etirazçıların cəriməsinin ödənməsini “vətəndaş qarşıdurmasını qızışdırmaq” və “gələcək zorakılıqlar üçün kart blanş” vermək kimi qiymətləndirib.

Papuaşvili bəyan edib ki, beynəlxalq təşkilatlar ən azı 12 nəfərin cəriməsini ödəyib və bu, “qabaqlayıcı tədbir kimi nəzərdə tutulan cərimənin roluna ziyan vurur”.

Cərimələrin sayı artıb

Son illərdə dinc etiraz aksiyalarında iştirakçılara qarşı “xırda xuliqanlıq” və ya “polisə tabe olmamaq” kimi ittihamların sayı artıb. Bununla barabər cərimələrin də tətbiqi çoxalıb.

Məsələn, Tbilisi şəhər məhkəməsi vəkil Eduard Marikaşvilini iyunun əvvəlində əlində boş vərəq saxladığına görə xırda xuliqanlıqda təqsirli bilib.

Polis Marikaşvili ilə yanaşı daha bir neçə nəfəri də saxlayıb. Əllərində olan bannerləri və plakatları götürərək onlara zor tətbiq edib.

Saxlanılan şəxslərin hər biri təxminən 500 lari (315 manat) cərimələnib.

Eduard Marikaşvili ağ vərəqlə etiraz edir. Foto: Mariam Nikuradze / OC Media

USAID də yaddan çıxmayıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (SSG) oktyabrın əvvəlində səsləndirdiyi ittihamı parlamentin spikeri də təkrarlayıb. Təhlükəsizlik xidməti deyirdi ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “iğtişaşları qızışdırmaq” planı var. 

Ötən həftə USAİD-in Avropa və Avrasiya Bürosunun Administratorunun müavini Erin Makki bu ittihamları “yalan və dezinformasiya” adlandıraraq təkzib edib.

Papuaşvili onun cavabının “qeyri-müəyyən” və “qeyri-adekvat” olduğunu bildirib.

Çərşənbə axşamı “Gürcü Arzusu”nun parlament fraksiyasının sədri Mamuka Mdinaradze Papuaşvilinin ittihamlarını təkrar edib. O, USAİD-in yerli ofisinin Vaşinqtondan asılı olmayaraq fəaliyyət göstərdiyini və “zorakı inqilabi prosesləri təşviq etdiyini” bildirib.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia