Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bakıda qeyri-iş günü, Naxçıvanda “işə gəl” tələbi. Naxçıvanlılara Bayraq Günündə də işləmək tapşırılıb

03 Noyabr 2023
A A
Bakıda qeyri-iş günü, Naxçıvanda “işə gəl” tələbi. Naxçıvanlılara Bayraq Günündə də işləmək tapşırılıb

Foto: Fuad Nəcəflinin X profili. İllustrasiya: Mikroskop Media

Naxçıvanda dövlət idarə və müssisələrində çalışanlara Zəfər Günü və Bayraq Günü bayramlarında işə çıxmaq tapşırılıb.

Bu barədə “Gündəlik Naxçıvan” bir qrup dövlət işçisinə istinadla yazır.

Şikayətçilər deyir ki, 8 və 9 noyabrda işə getmələri ilə bağlı göstərişi prezidentin Naxçıvan üzrə Nümayəndəliyindən alıblar və gəlməyəcəkləri təqdirdə işdən qovulmaqla hədələniblər. 

Culfa rayonundakı dövlət idarələrinin birində çalışan Gülnarə Quliyeva deyir ki, tapşırıq nümayəndəlikdən gəldiyinə görə şikayət etməyə yer tapmırlar:

Yoldaşım da, mən də dövlət qulluqçusuyuq. İş günləri olanda uşaqları, bağçaya, məktəbə qoyub işə gedirik. İndi haraya, kimin yanına qoyub gedəcəyik? Bunu soruşanda da cavab verirlər ki, “uşaqlarınızı da özünüzlə işə gətirin, amma səs çıxarmasınlar”. Belə qayda olar?

Gülnarə Quliyeva

Naxçıvan şəhərindən olan başqa bir şikayətçi isə deyir ki, etiraz edənlərə ərizələrini yazıb, işdən çıxmaq məsləhət görülüb:

Dedilər ki, Zəfər Günü günortaya kimi, Bayraq Günü isə, bütün günü işə çıxmalısınız. Qorxumuzdan danışa bilmirik. Çünki, işdən çıxarılmaq təhlükəsi var. İş tapmaq isə çətindir. Bizim istirahət hüququmuz pozulur. Belə çıxır ki, Prezidentin Naxçıvan üzrə nümayəndəsi Fuad Nəcəfli prezidentin öz fərmanına əməl etmir. Onun təyin etdiyi bayram günlərini də bizə qadağan ediblər”.

Şikayətçi
  • Baş nazir Əli Əsədovun 20 oktyabr 2023-cü il tarixli qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 10-u (cümə) qeyri-iş günü, noyabrın 4-ü isə (şənbə) iş günü elan edilib.
  • Beləliklə, ardıcıl beş gün – 8, 9, 10, 11 və 12 noyabr qeyri-iş günləri hesab olunacaq.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia