Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Keçmiş “Dağlıq Qarabağ Respublika”sının “rəsmiləri” “dövlətçiliyin saxlanması” üçün müzakirələrə başlayıb

03 Noyabr 2023
A A
Keçmiş “Dağlıq Qarabağ Respublika”sının “rəsmiləri” “dövlətçiliyin saxlanması” üçün müzakirələrə başlayıb

İllustrasiya: Mikroskop Media

Keçmiş “Dağlıq Qarabağ Respublikası”nın bir qrup “rəsmisi”, o cümlədən sonuncu “prezidenti” Samvel Şahramanyan “dövlətçiliyin qorunub saxlanması” barədə müzakirə üçün Yerevanda toplaşıb.

“Respublika”nın ləğvindən sonra baş tutan ilk görüş qapalı keçirilib və müzakirələrin sadəcə bəzi təfərrüatları açıqlanıb.

Görüşün tərkibi:

  • “Prezident” Samvel Şahramanyan
  • “Parlamentin” deputatları
  • Ermənistandan olan ictimai-siyasi xadimlər

Təşəbbüskar:

  • Artsax Dövlətçiliyinin Qorunması Komitəsinin rəhbəri, erməni müxalifətçi Suren Petrosyan

Komitənin prioritetləri:

  • Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyinetmə hüququnun tanınmasını təşviq etmək
  • Dağlıq Qarabağın təsisatlarını qorumaq
  • Qaçqınların öz vətənlərinə təhlükəsiz qayıtmasını təmin etmək

Görüşdə səslənən fikirlər:

Görüşün iştirakçılarından olan sağçı erməni müxalifətçi Ara Zohrabyan deyib ki, Şahramanyanın imzaladığı fərmanın heç bir hüquqi qüvvəsi yoxdur. Əlavə edib ki, “referendumla müstəqil olan” dövləti prezident ləğv edə bilməz. Eyni bu fikirləri oktyabrın sonunda Şahramanyan da iddia edirdi.

Zöhrabyan müzakirənin məzmununu açıqlamasa da “Artsaxın qaytarılacağına” ümid etdiyini bildirib. Lakin kim tərəfindən və necə olacağını deməyib.

Sonuncu “prezident” nə deyir?

Şahramanyan jurnalistlərin suallarını cavablandırmayıb, görüşün təşəbbüskarı olan Suren Petrosyan isə proseslərin davam edəcəyini açıqlayıb.

Dövlətin iki komponenti var – torpaq və insanlar. Hazırda Artsax işğal olunub, amma bizim Artsaxlı soydaşlarımız buradadır. İcma mövcuddur və onların qanuni seçilmiş hökuməti də var. Əgər biz Artsaxa qarşı ambisiyalarımızı və hüquqlarımızı qorumaq istəyiriksə, bu ikinci komponenti qoruya bilməliyik.

Suren Petrosyan

Belə görüş və bəyanatların Ermənistan üçün hansı təhlükəsi var?

“Mühacir hökumətin” bu addımları Ermənistanda narahatlıq yaradır. Bəziləri düşünür ki, bu bəyanatlar Azərbaycanın Ermənistana hücumu ilə nəticələnə bilər.

Suren Petrosyan bu cür narahatlıqları rədd edərək, prosesin “hakimiyyət tərəfindən təşkil olunmadığını” bəyan edir.

Demokratiya və Təhlükəsizlik Regional Mərkəzinin rəhbəri Tiqran Qriqoryan isə deyir ki, bu cür təşəbbüslər Ermənistan üçün təhlükə yarada bilər.

Uzunmüddətli perspektivdə hesab edirəm ki, bu, Ermənistan hakimiyyəti üçün kifayət qədər təhlükəli olacaq, çünki Azərbaycan tərəfindən bütün bu qurumların ləğvi üçün təzyiqlər olacaq.

Tiqran Qriqoryan

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia