Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusunu 12 öhdəliyi yerinə yetirmədən almağa çalışır

09 Noyabr 2023
A A
Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusunu 12 öhdəliyi yerinə yetirmədən almağa çalışır

Foto: Mariam Nikuradze / OC Media, İllustrasiya: Mikroskop Media

Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsi ilə bağlı Avropa İttifaqına tövsiyə edib. Bu, dekabrın sonunda keçiriləcək Aİ Şurasının iclasında ölkənin üzvlük prosesinə başlaması üçün zəmin yaradıb.

Qərarı Komissiyanın sədri Ursula fon der Leyen elan edib. O, Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinin Aİ-yə qoşulmaq üçün istəklərini tam dəstəklədiyini bildirib, lakin “bu istəyi rəsmilərin daha yaxşı əks etdirməsinə ehtiyac olduğunu” deyib.

Əgər Aİ Şurası gözlənildiyi kimi tövsiyəyə əməl edərsə, bu, Gürcüstana namizəd statusunun verilməsi ilə nəticələnəcək.

Avropa Komissiyası həmçinin Ukrayna və Moldova ilə üzvlüyə qəbul barədə danışıqların başlanmasını tövsiyə edib. Bu iki ölkə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra üzvlük üçün müraciət edib. OC Media yazır ki, Gürcüstan hökuməti isə ictimai təzyiq nəticəsində üzvlük üçün “həvəssiz müraciət etməyə məcbur qalıb”.

12 prioritet və Gürcüstan hökuməti

Gürcüstana namizəd statusunun verilməsi üçün Avropa İttifaqı hökumətə yerinə yetirməli olduğu 12 “prioritet”dən ibarət siyahı göndərib. Bu tələblərə daxildir:

  • “de-oliqarxizasiya”
  • məhkəmə islahatları
  • azad və ədalətli seçkilərin keçirilməsi
  • korrupsiya ilə mübarizə
  • mətbuat azadlığı

Hökumət bu tələbləri tamamilə yerinə yetirməsə də komissiya tövsiyə edib ki, Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilsin. 

Ursula fon der Leyen, “hökumətin mühüm islahat addımları atdığını başa düşərək” Gürcüstanın namizədliyini tövsiyə etdiklərini deyib. O, həm də hökuməti “milli maraqlarla bağlı məsələlərdə müxalifət və vətəndaş cəmiyyəti ilə daha çox məşğul olmağa” çağırıb.

Müxalifət nə deyir?

Aİ-nin Gürcüstan hökumətinin üzvlük meyarları istiqamətində “məhdud irəliləyişini” müsbət qiymətləndirməsinə baxmayaraq, Gürcüstandakı müxalif partiyalar və vətəndaş cəmiyyəti demək olar ki, yekdilliklə bunun əksini iddia edir.

Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili deyib ki, Gürcü xalqının sarsılmaz iradəsi və Avropanın Gürcüstanın Rusiyanın əyalətinə çevrilməsinə mane olmaq istəyi birinci raundda qalib gəlib.

Müxalifətdəki “Lelo” qrupunun həmtəsisçisi Badri Caparidze tövsiyə olunan islahatları həyata keçirmək əvəzinə prosesdə “təxribat” etməyə cəhd göstərən “Gürcü Arzusu”na “başsağlığı” verib.

Rəsmilər nə deyir?

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın namizəd statusunu tövsiyə etdiyinə görə Avropa Komissiyasına təşəkkür edib.

Hökumətlə getdikcə daha çox ziddiyyət yaşayan prezident Salome Zurabişvili isə deyib ki, o, islahatları asanlaşdırmaq və təkan vermək üçün Avropayönümlü lider kimi rolunu davam etdirəcək.

  • Gürcüstanın üzvlüyə namizədliyi ilə bağlı yekun qərarın dekabrın 14-15-də keçiriləcək Aİ sammitində qəbul ediləcəyi gözlənilir.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia