Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvanda ana və uşaq ölümlərində adı hallanan cərrah baş həkim təyin edilir

11 Yanvar 2024
A A
Naxçıvanda ana və uşaq ölümlərində adı hallanan cərrah baş həkim təyin edilir

Naxçıvan Perinatal Mərkəzi. İllustrasiya: Mikroskop Media

Naxçıvan Perinatal Mərkəzinə (keçmiş Doğum Evi) barəsində dəfələrlə cinayət işi açılan ginekoloq-cərrah baş həkim təyin olunur.

Bu barədə məlumatı “Gündəlik Naxçıvan” Naxçıvan Səhyiyə Narizliyindəki mənbəsinə istinadla yazır.

Məlumata görə, ana və uşaq ölümləri, rüşvət almada ittiham edilən ginekoloq-cərrah Nəzakət Gülməmmədova “artıq baş həkim təyin edilib, sərəncam isə yaxın günlərdə ictimailəşdiriləcək”.

N. Gülməmmədova əvəzinə baş həkim istefa verib

Ginekoloq-cərrahın ittiham edildiyi son ölüm hadisəsi keçən ilin oktyabrında baş verib. Onun əməliyyat etdiyi Babək qəsəbə sakini 43 yaşlı Sveta Xudiyeva bir neçə saat sonra vəfat edib. Mərhumun qohumları “Gündəlik Naxçıvan”a bildiriblər ki, Nəzakət Gülməmmədova fiziki cəhətdən hazır olmayan xəstəni əməliyyata salıb. Qohumların sözlərinə görə, cərrah bunu onlardan 700 manat rüşvət ala bilmək üçün edib. 

Hadisə ictimailəşdikdən sonra Naxçıvan prokurorluğu onun barəsində rüşvət alma və səhlənkarlıq səbəbindən ölümə səbəb olma ittihamı ilə cinayət işi açıb.

Baş verənlərdən sonra mərkəzin o vaxtkı baş həkimi Kifayət Məmmədova tutduğu vəzifədən istefa verib. O, mərkəzdəki rüşvətxorluq və müxtəlif səbəblərdən qarşısını ala bilmədiyi çoxsaylı ölüm hallarına etiraz olaraq istefa verdiyini açıqlayıb.

“İşi bağlamağın” qiyməti – 80 min manat

Nəzakət Gülməmmədovanın baş həkim təyin olunması ilə bağlı məlumatı təsdiqləyən Perinatal Mərkəzin əməkdaşları ginekolog-cərrahın son ölüm hadisəsindən sonra həbs ediləcəyini gözləyib, lakin bu baş verməyib.

Artıq, dünəndən bu vəzifədə fəaliyyətə başlayıb. Gəldi, dedi ki, 80 min manat verib, işi bağladım, məni istəməyənlər qalsınlar yana-yana. Xəstələri soyub, nazirliyə yaxşı pul qazandırdığı üçün onu gözlərinin üstündə tuturlar. Doğuşa gələn hər bir xəstəyə xüsusi iynə vurub, keysəriyyə əməliyyatına məcbur edir və hərəsindən min manat rüşvət alır. Başqa qanunsuz əməlləri ilə də pul qazanır. Təbii ki, bu pulu tək yemir, yarıdan çoxu yuxarıya gedir.

Perinatal Mərkəzin əməkdaşları
  • Bu, 66 yaşlı Nəzakət Gülməmmədovanın ölümdə ittiham edildiyi ilk hal deyil. Bundan əvvəl də bir neçə ana və uşaq ölümünə görə barəsində cinayət işi açılıb. Naxçıvan prokurorluğu bu işlərin aqibəti ilə bağlı indiyə kimi heç bir rəsmi məlumat yaymayıb.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia