Çərşənbə axşamı, 13 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

SOCAR-a rüşvət verib 1,6 milyon dollarlıq müqavilə imzalayan şirkətə qarşı ABŞ-da ittiham irəli sürülüb 

22 Yanvar 2024
A A
SOCAR-a rüşvət verib 1,6 milyon dollarlıq müqavilə imzalayan şirkətə qarşı ABŞ-da ittiham irəli sürülüb 

İllustrasiya: Mikroskop Media

Azərbaycan da daxil olmaqla 7 ölkədə dövlət rəsmilərinə rüşvət verməkdə ittiham olunan Almaniya şirkəti “SAP SE” Xarici Korrupsiya Təcrübələri Aktını pozmaqda günahlandırılır. Beynəlxalq proqram təminatı şirkəti olan “SAP SE”yə qarşı ittiham yanvarın 10-da ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən irəli sürüb. 

İttihama görə, şirkətin dövlət rəsmilərinə rüşvət verdiyi digər ölkər Cənubi Afrika Respublikası, Malavi, Kenya, Tanzaniya, Qana və İndoneziya olub. 

Rəsmi sənəddə deyilir ki, SAP 2014-cü il dekabr və 2022-ci il yanvar tarixlərində vasitəçilər və məsləhətçilər işə götürüb ki, onlar vasitəsilə dövlət məmurlarına rüşvət verib dövlət sektorundakı müştərilərlə işləyə bilsinlər. Verilən rüşvətlər isə şirkətin rəsmi sənədlərində leqal biznes xərcləri kimi qeyd olunub. 

SAP nədir və Azərbaycanda kimə rüşvət verib? 

Proqram təminatı lisenziyaları və bunla əlaqəli xidmətlərin satışını həyata keçirən şirkətin 188 ölkədə 263 min müştərisi var. Azərbaycanda isə şirkətin ofisi “SAP AZ LLC” brendi ilə qeydiyyatdan keçib və 2015-ci ilin fevralında 324 min manat nizamnamə kapitalı ilə yaradılıb. 

Qiymətli Kağızlar və Birja Komissiyası aşkarlayıb ki, şirkət Azərbaycanda Dövlət Neft Şirkəti – SOCAR-a rüşvət verib və onlar arasında 1,6 milyon dollardan çox dəyəri olan müqavilə imzalanıb. Müqavilənin imzalanmasından öncə SAP Azərbaycanın əməkdaşı sövdələşməni bağlamaq üçün 9 dekabr 2021 və yanvar 2022-ci il tarixlərində SOCAR rəsmilərinə hədiyyələr verib. 

“Bir neçə SOCAR rəsmisinin qəbul etdiyi hədiyyələrin dəyəri 3 min dollardan çoxdur ki, bu da SAP şirkətinin hədiyyə limiti – 30 dolları keçir. Yazışmalar göstərir ki, şirkətin əməkdaşı gözlənilən sövdələşməylə bağlı məsul olan rəsmi şəxslərə mükafatlar verib” – sənəddə deyilir. 

ABŞ məhkəmə sənədləri həm də göstərir ki, SAP əməkdaşı şirkətlə SOCAR arasında 4 fevral 2022-ci il tarixində imzalanmış kimi görünən saxta qəbul aktı da hazırlayıb. Bunu etməkdə məqsədi isə şirkətə icraçı direktor təyin olunmadan əvvəl müqavilədən komissiya ala bilmək olub. Çünki, icraçı direktor təyin olunacağı təqdirdə sövdələşmədən pay almağı mümkün olmayacaqdı. 

Şirkətlə SOCAR arasındakı real qəbul aktı isə 2022-ci il 12 mayda imzalanıb. 

Əliaçıq “icraçı direktor” kimdir?

Rəsmi sənədlərdə şirkətin icraçı direktorunun adı açıqlanmayıb, amma OCCRP aşkarlayıb ki, qeyd olunan tarixlərdə şirkətin Azərbaycan ofisinə icraçı direktor təyin olunan şəxs Svetlana Yankina olub. O, bu vəzifəyə 2022-ci ilin aprelində təyin olunub və həmin ilin noyabrına qədər işləməyə davam edib. 

S.Yankina Linkedin platformasındakı səhifəsində yazıb ki, o, 2015-ci ildən 2022-ci ilin aprelinə, yəni SAP-ın Azərbaycan ofisinin icraçı direktoru təyin olunana qədər həm də SOCAR-da qlobal mühasibat direktoru kimi çalışıb. 

OCCRP əməkdaşlarının irəli sürülən ittihamlar barədə Yankinaya ünvanladığı sualları o, cavabsız qoyub və bildirib ki, 1 ildən çoxdur ki, artıq həmin şirkətdə çalışmır. Eyni zamanda SOCAR da jurnalistlərin suallarını cavablamayıb. 

Yeri gəlmişkən, SAP SE-nin icraçı direktoru Bill Makdermot  2019-cu ilin yanvarında Davos-da prezident İlham Əliyevlə görüşüb, ona müəllifi olduğu kitabı hədiyyə edib. Görüşdə İlham Əliyev deyib ki, şirkətin fəaliyyətindən məmnundur: 

“Şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib” – prezident deyib. 

 İlham Əliyevin 2019-cu ildə “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşündən. Foto: president.az

İttihamlarla bağlı yekun qərar nə olub və şirkət nə deyir?

SAP SE yaydığı bəyanatda bildirib ki, onlar istintaqla tam əməkdaşlıq edib:

“SAP şirkətin uyğunluq siyasətinə və prosedurlara əməl etməyənlərə dözümlülük göstərmir və bu standartları və yüksək etikanı qoruyub saxlayır” – bəyanatda deyilir. 

Rəsmi sənədlərdə qeyd olunur ki, şirkət rüşvət ittihamını həll etmək üçün 220 milyon ABŞ dollarından çox pul ödəməyə razı olub. 

Bu, SAP SE şirkəti ilə bağlı ilk rüşvət ittihamı deyil. 2016-cı ildə SEC bu şirkəti Panamadakı rüşvət sxemi ilə əlaqəsi olan beynəlxalq mühasibat nəzarəti pozuntularına yol verməkdə ittiham edib. 

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024
Detallı

COP29-a ev sahibliyi edən neft ölkəsində iqlim və işçi hüquqları necə pozulur? 

06 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia