Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycandan rüşvət alan avropalı eks-deputatlara Almaniyada cinayət işi açılıb

29 Yanvar 2024
A A
Azərbaycandan rüşvət alan avropalı eks-deputatlara Almaniyada cinayət işi açılıb

İllustrasiya: Mikroskop Media

“Azərbaycan Pulyuyan Maşını” işində adı hallanan keçmiş deputatlara qarşı Münhen Prokurorluğunda rüşvət və korrupsiya ittihamı ilə cinayət işi açılıb. Bu işdə adı hallanan deputatlardan biri, Karin Ştrens (Karin Strenz) 2021-ci ildə vəfat etsə də prokurorluq onun əldə etdiyi rüşvəti müsadirə etmək niyyətindədir.  İttiham olunan digər keçmiş deputatlar isə Aleks Fişer (Alex Fischer) və Eduard Lintnerdir ki, onlar da AŞPA üzvü kimi fəaliyyət göstərirdi. Barəsində istintaq davam edən şəxslərdən biri də azərbaycanlı eks-deputat və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Elxan Süleymanovdur. 

Münhen Baş Prokurorluğu Münhen Regional Ali Məhkəməsində 4 nəfər barədə iddianı Almaniya Federal polisi ilə uzun illər davam edən istintaqdan sonra qaldırıb. 

Almaniya Parlamentinin Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe “Der Spiegel”ə açıqlamasında deyib ki, bu, zəncirvari reaksiya yaradacaq:

Nəticə etibarilə, həmin 3 nəfər Almaniya və Avropadakı korrupsiya şəbəkəsinin sadəcə bir hissəsidir. 

“Azərbaycan Pulyuyan Maşını” nədir

“Azerbaijan Laundromat” 2017-ci ildə OCCRP-nin araşdırması ilə ortaya çıxarılan lobbiçilik və pulyuma sxemidir. Jurnalistlər bu sxemin Avropa İttifaqında yayıldığını və həm də bunun vasitəsilə bəzi rəsmilərə rüşvət verildiyini ortaya çıxarmışdı. 

Deputatlar nədə ittiham olunur?

Prokurorluq Fişeri Azərbaycandan aldığı ödənişlərin qarşılığı olaraq 2016-ci ilin yanvarında Azərbaycan-Ermənistan arasında baş verən qarşıdurmada Azərbaycanın lehinə səs verməkdə ittiham edir.  Həmin dövrdə Fişer AŞPA-nın Ermənistan üzrə məruzəçisi kimi fəaliyyət göstərirdi. Onunla bağlı digər ittiham isə qurumun məxfi sənədlərinin azərbaycanlı nümayəndələrə ötürülməsidir. 

Fişer 2016-cı ildə 21 800 avro rüşvət almaqda təqsirləndirilir.  Onun 2015-ci ildə aldığı 4500 avro rüşvətin isə zaman limiti artıq dolub. 

Eləcə də Lintnerin oğlu pərdə arxasında yardım etmək və köçürmələri reallaşdırmaqda ittiham olunur. Həmçinin Lintner və Ştrensin keçmiş işçisi də ittiham olunanlar arasındadır. Onların hər ikisi “Der Spiegel”in suallarını cavablamayıb.

Alman polisi və prokurorluq hansı addımları atıb

İstintaqın tərkib hissəsi kimi federal polis Almaniya ərazisindəki 20 binada, o cümlədən Almaniya Parlamenti üzvlərinin ofislərində axtarış aparıb. Həmçinin aralarında Kipr, Lixtenşteyn, Belçika, Latviya, Estoniya, Azərbaycan, İsveçrə və Türkiyənin də olduğu 15 ölkəyə istintaq və ya hüquqi yardım müraciəti edib. 

OCCRP araşdırması nəyi aşkarlayıb 

OCCRP və “Süddeutsche Zeitung”un 2017-ci ildə ki birgə araşdırması Birləşmiş Krallıqdakı 4 saxta şirkət vasitəsilə iki il ərzində 2.9 milyard dollar dəyərində olan pul yuma və rüşvət üçün qurulan qarışıq mexanizmi ortaya çıxarıb. Prokurorluğun məlumatına görə, Azərbaycan həmin pulun bir hissəsini AŞPA üzvlərinə təsir etmək və nəticədə Azərbaycan lehinə qərarların çıxarılmasına nail olmaq məqsədilə istifadə edib. 

OCCRP-nin araşdırmasına görə, Lintnerin qurduğu lobbiçilik şirkəti vasitəsilə digər deputat Strenzə 22 000 avro pul verilib. Eyni zamanda, Lintner özü də qazanclı olub və 2012-2014-cü illər ərzində onun şirkətləri ümumilikdə 3.4 milyon avro pul alıb.

O, 2017-ci ildə “Süddeutsche Zeitung”a açıqlamasında bildirib ki, həmin pulu 2009-cu ildə qurulan və baş ofisi Berlində olan Almaniya-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyəti (GEFDAB) üçün alıb. O iddia edib ki, həmin vəsaiti “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafı Asossiasiyası” adlanan və Bakıda yerləşən qeyri-hökumət təşkilatından alıb ki, onun də rəhbəri ittiham olunan digər keçmiş deputat Elxan Süleymanov olub. Lintnerin sözlərinə görə, bu pul GEFDAB-nin ofis xərcləri, telefon danışığı ödəmələri, parlamentdəki tədbirlərin təşkili və iki daimi əməkdaşa ödəmələr üçün lazım olub və qalan pul isə saxlayıblar. 

Azərbaycan AŞPA-ya qarşı 

Bu ittihamlar həm də Azərbaycanın AŞPA ilə münasibətlərinin pisləşdiyi vaxta təsadüf edir. 

Hər il AŞPA-ya üzv ölkələrin parlamentləri öz nümayəndə heyətlərinin etimadnaməsini təqdim edir və assambleya onların ratifikasiyası ilə bağlı səsvermə keçirir. Yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməyib. 

Səsvermədən bir neçə saat öncə isə Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətə dondurduğunu açıqlayıb. Nümayəndə heyəti bu qurumu İslamafobiya və Azərbaycanafobiyada ittiham edib. 

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia