Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qubad İbadoğlunun səhhəti pisləşib, müalicə kursu təyin edilib 

12 Fevral 2024
A A
Qubad İbadoğlunun saxlanıldığı kamerada gecələr işıq söndürülmür

Foto: Meydan TV. İllustrasiya: Mikroskop Media

Hazırda həbsdə olan professor Qubad İbadoğlunun səhhəti pisləşib və buna görə də həkim ona 10 gün ərzində sistem köçürülməsinə qərar verib. Bu barədə məlumatı, professorun qardaşı Qalib Toğrul yayıb. 7 aya yaxındır ki, Bakı İstintaq Təcridxanasnda saxlanılan professorun qardaşı deyir ki, növbəti endokrinoloq müayinəsindən sonra II tip şəkərli diabet xəstəsi olan İbadoğluna  polineyropatiya diaqnoz qoyulub. Həkim 10 günlük sistem köçürülməsi bitəndən sonra bir aylıq dərman müalicəsi təyin edib. 

Qalib Toğrul sistem üçün tələb olunan dərman və ləvazimatların artıq Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar Hissəsinə (“Sançast”) təqdim edildiyini bildirib. 

Professorun qardaşı yaydığı məlumatda bildirib ki, saxlanıldığı müddətdə onun qanındakı şəkər aşağı düşməyib və buna səbəb onun saxlanma şəraiti, stress və gündəlik azı 2 saat gəzinti hüququndan məhrum edilməsi olub. 

Tibbi sənədlərdə saxtakarlıq edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi qardaşımın səhhətinin sürətlə pisləşməsini (faktiki vəziyyəti) artıq etiraf etməli olub ki, ona müalicə kursu təyin edilib. Hələ də qanda şəkərin yüksək səviyyəsinin qardaşımın digər daxili orqanlarında (böyrək, qaraciyər, göz və sair) hansı fəsadlara yol açmasından xəbərsizik.

Qalib Toğrul

Nə baş verib? 

İqtisadçı ekspert, professor və Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həyat yoldaşı İradə Bayramova ilə birlikdə saxlanılıb. Bir müddət sonra həyat yoldaşı sərbəst buraxılıb və növbəti gün Qubad İbadoğluna Bir gün sonra Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə cinayət işi açılıb. O həm də FETÖ ilə əlaqədə ittiham olunub. 

  • Onun salxanılmasından sonra Azərbaycanda Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunub ki, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında əməliyyat keçirilib və bu əməliyyat zamanı professor saxlanılıb. 
  • London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) qonaq baş elmi işçisi olan Qubad İbadoğlunun həbs qətimkan tədibiri həmin vaxtdan bəri uzadılıb və o, ev dustaqlığlına buraxılmayıb. 
  • Professorun həbsindən sonra London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Qubad İbadoğlunun müqaviləsini daha iki il uzadıb və eləcə də onun azadlığa buraxılması tələbi ilə bəyanat yayıb. 
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia