Bazar, 14 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ruben Vardanyanın bankının satılmasında Azərbaycan hökumətinin əli olduğu iddia edilir

21 Fevral 2024
A A
Ruben Vardanyanın bankının satılmasında Azərbaycan hökumətinin əli olduğu iddia edilir

İllustrasiya: Mikroskop Media

“Bank of Georgia” Ermənistanın ən böyük banklarından biri olan “Ameriabank”ı 303,6 milyon dollara almaq barədə razılığa gəlib. Bazar ertəsi “Bank of Georgia Group” Ermənistan bankının 90%-ni almağı təklif etdiyini açıqlayıb. Müqavilə Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) bankdakı 10% payını saxlamağa imkan verəcək.

Satınalma hələki tənzimləyici orqanlar, o cümlədən Ermənistan Mərkəzi Bankı tərəfindən təsdiqlənməyib.

1992-ci ildə qurulan Ameriabank Ermənistanın ən böyük banklarından biridir və 2023-cü ildə ölkədə ən çox vergi ödəyən şirkətlər siyahısında yeddinci olub. İldə təxminən 64 milyon dollar vergi verib. Bank qismən keçmiş “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyana məxsusdur.

Bank of Georgia Group, Ameriabankı almaqla bağlı açıqlamasından sonra bankın adının da dəyişdiriləcəyini qeyd edib.

“Ameriabank” bildirib ki, bank “Bank of Georgia Group”un daxilində “öz brendi və mövcud rəhbərliyi altında, Ameriabank-ın qəbul edilmiş strateji məqsədlərinə, dəyərlərinə, missiyasına və vizyonuna sadiq olan” müstəqil bir qurum kimi fəaliyyət göstərəcək.

Mübahisəli satınalma

“Ameriabank”ın rəsmi saytında qeyd olunub ki, Ruben Vardanyan bankın 49% payının sahibidir. Satış Ermənistanda çaşqınlıq yaradıb və bəziləri bunun səhmdar Ruben Vardanyanın razılığı olmadan baş tuta biləcəyini ehtimal edir.

Vardanyanın siyasi müttəfiqi Mesrop Arakelyan bazar ertəsi silinmiş Facebook paylaşımında milyarderin “bankın mümkün satışı ilə heç bir əlaqəsi olmadığını” iddia edib.

Bəziləri hətta Azərbaycanın Vardanyana öz səhmlərini satmasına təsir göstərə biləcəyini ehtimal ediblər. Ermənistanın “Hetq” media orqanının baş redaktoru Edik Baqdasaryan Vardanyanın sövdələşmədən xəbəri olub-olmadığını və ya Yerevanın Azərbaycanın potensial iştirakını araşdırıb-araşdırmadığını sual edib.

“Ameriabank-ın ən böyük səhmdarı Ruben Vardanyandır. 2023-cü il sentyabrın 27-dən Bakı həbsxanasındadır. Aydındır ki, onun bu sövdələşmədən xəbəri yoxdur. Hökumət Əliyevin Vardanyanı bankı satmağa məcbur edib-etmədiyini öyrənməyə çalışıbmı?”, o soruşub.

“Hetq”in Vardanyanın razılığının olub-olmaması ilə bağlı sorğusuna nə “Ameriabank”, nə də Ermənistan Mərkəzi Bankı cavab verib.   

Satınalma ilə bağlı Ermənistan tərəfindəki digər narahatlıq Azərbaycan və Türkiyə vətəndaşlarının “Bank of Georgia”da səhmlərə sahib olması ilə bağlıdır. Halbuki, ermənistanlı ekspert Haykaz Fanyan hesab edir ki,  bu, təhlükəsizlik riski yaratmayacaq və bu cür səhmdarların şirkətdə saxlanılan şəxsi məlumatları əldə etmək imkanı olmayacaq.  

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia