Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Orduxan Teymurxan: Mənim Azərbaycana ekstradisiyam mümkünsüzdür

10 Dekabr 2018
A A
Orduxan Teymurxan: Mənim Azərbaycana ekstradisiyam mümkünsüzdür

Orduxan Teymurxan. Foto: şəxsi arxiv / facebook

Hollandiyada yaşayan mühacir bloger Orduxan Teymurxan barədə həbsli axtarış qərarı çıxarılıb.

Bu barədə məlumatı AzadlıqRadiosu prokurorluqdakı mənbəyə istinadən yazıb.

Mənbənin məlumatına görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra fəallar, Orduxan Teymurxan haqqında da cinayət işi başlanıb və noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova həbsli axtarış qərarını çıxarıb.

Mikroskop-a danışan bloger Orduxan Teymurxan deyib ki, onun haqqında cinayət işi açılması barədə hələ ki, rəsmi məlumat almayıb.

“Cinayət işi açılması barədə saytlardan oxudum, ciddi mənbələr yazır ki, bu xəbəri prokurorluqdan əldə ediblər. Mən Hollandiya vətəndaşıyam və bu ölkənin hüquq mühafizə orqanları mənə bu barədə heç bir rəsmi məlumat verməyib. Azərbaycan hakimiyyətinin atdığı bu addımı da absurd hesab edirəm”.

Ailəsi ilə əlaqə saxlamadığını deyən bloger cinayət işi barədə onlara da hər hansısa rəsmi məlumatın verilib-verilmədiyindən xəbərsizdir. O.Teymurxan deyir ki, Hollandiyada cinayət işində ittiham olunub həbs olunsa belə onun Azərbaycana ekstradisiyası mümkün deyil:

“Artq 20 ildir ki, Hollandiya vətəndaşıyam. Azərbaycan vətəndaşı olmamışam. Əgər müstəntiq tərəfindən sübuta yetirilmiş, legitim cinayət işi varsa, Hollandiya hüquq mühafizə orqanları ciddi olaraq işə qarışar. Amma mənim Azərbaycana ekstradisiyam mümkünsüzdür, çünki Azərbaycan vətəndaşı deyiləm, milliyət olaraq azərbaycanlıyam. Ona görə də Hollandiya hökuməti məni Azərbaycana verə bilməz”.

Nədə ittiham edilir: Bloger təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar – təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

İttiham təsdiqini taparsa: Terrorçuluğa açıq çağırışa görə 5 ilə qədər, kütləvi iğtişaşlara çağırışa görə 3 ilə qədər, dövlət əleyhinə yönəlik çağırışlara görə isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bundan öncəki təzyiqlər: 2017-ci ilin fevralından etibarən Azərbaycanda yaşayan qohumları polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilir.
Kimlər nə qədər həbs edilib: Suraxanı Rayon Məhkəməsində blogerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılıb. Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Bu ilin fevralında isə bacısı oğlu Tural Əliyev saxlanılıb. Bakı Dövlət Universitetinin kimya fakültəsinin tələbəsi olan T.Əliyevə iki ay inzibati həbs cəzası verilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia