Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Mehman Hüseynovla bağlı baş verənlərin xronologiyası

07 Yanvar 2019
A A
AŞPA həmməruzəçiləri Mehman Hüseynovla bağlı Azərbaycan hakimiyyətinə çağırış edib

Mehman Hüseynova anasının dəfnində iştirak etmək üçün icazə verilən gün. Foto: Turan

26 Dekabr: Mehman Hüseynov həbsxana əməkdaşına zor tətbiq etməkdə ittiham edildi və ona qarşı yeni cinayət işi açıldı.

27 Dekabr: Mehman buna etiraz olaraq quru aclıq aksiyasına başladı.

29 Dekabr: Bloqqerin ittiham olunduğu maddə ağırlaşdırıldı. Yeni maddə (317.2) ilə onu 5 ildən 7 ilə qədər həbs gözləyir.

30 Dekabr: Mehman Hüseynov qardaşının təkidi ilə quru aclığı dayandıraraq yalnız su qəbul etməyə başladı.

3 Yanvar: Mehman Hüseynova azadlıq tələbi ilə aksiya keçirildi və onlar polis zorakılığına məruz qaldı. Jurnalistlər də daxil olmaqla bir neçə nəfər saxlanıldı.

Həmin gün axşam saatlarında sosial şəbəkə istifadəçiləri prezidentin qızı Leyla Əliyevanın rəsmi Instagram hesabına Mehmanı azad etməyi tələb edən şərhlər yazmağa başladı. Çox keçmədi ki, şərhlər silindi.

4 Yanvar: Dəstək aksiyasında saxlanılanlardan 4 nəfərə sutkalıq, 4 nəfərə isə cərimə cəzaları verildi. Sutkalıq həbs edilənlər arasında jurnalitlər də var idi.

4 yanvardan etibarən bir neçə fəal Mehman Hüseynova dəstək üçün aclıq aksiyasına başladı.

Elə həmin gün sosial şəbəkə istifadəçiləri bu dəfə İlham Əliyevin facebook profilini hədəfə aldı. Onların Mehmanı azad etməyi tələb edən şərhləri tezliklə silindi və yazanlar blok edildi.

5 Yanvar: AŞPA həmməruzəçiləri Mehman Hüseynovla bağlı Azərbaycan hakimiyyətinə çağırış etdi. Onların bəyanatında yeni cinayət işinin siyasi motivli olduğu qeyd edildi.

Amerika senatoru Marko Rubio da rəsmi Bakını bloqqer Mehman Hüseynovu dərhal azad etməyə çağırdı.

Həmin gün axşam reper Camal Əli Mehmana dəstək üçün yazdığı yeni track-i paylaşdı. “My queen” adlanan trackdə kraliça kimi vitse-prezident Mehriban Əliyeva qələmə verilib.

6 Yanvar: ABŞ-ın “Washington Post” qəzetinin redaksiya heyəti Mehman Hüseynovdan yazdı. Redaksiya tələb etdi ki, bloqqer azad olunmalıdır.

Müsavat Partiyası bloqqerə azadlıq tələbi ilə keçiriləcək mitinq qərarı verdi. Yanvarın 12-i saat 15:00-da baş tutacaq mitinqin yeri hələ ki, məlum deyil.

Yanvarın 6-da həm də Apelyasiya Məhkəməsi qarşısında bir qrup gənc, Mehman Hüseynova dəstək üçün aksiya keçirib. Aksiyada təşkilatçı da daxil olmaqla 6 nəfər saxlanılıb. Onların bəzilərinə sutkalıq, bəziləri isə cərimə cəzası verilib.

7 Yanvar: Ombudsman nümayəndələri Mehman Hüseynova baş çəkib, açıqlama yaydılar ki, o, aclıq aksiyası keçirmir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia