Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Media haqqında” qanun barədə az da olsa yeni məlumat verilib

09 Dekabr 2021
A A
“Media haqqında” qanun barədə az da olsa yeni məlumat verilib

Əhməd İsmayılov 9 dekabrda keçirilən tədbirdə çıxış edir. Foto: MEDİA

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün bir sıra media orqanlarının rəhbər və nümayəndələri ilə görüşüb. Ə. İsmayılov “Media haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirəyə çıxarıldığını deyib.

““Media haqqında” qanun layihəsinə dair əsaslandırma”ya nələr daxil edilib:

  • Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılması; Yeni qanun layihəsi qəbul edilsə, “Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək.
  • Heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və bu statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısı alınacaq;
  • Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacaq;
  • Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan ediləcək;
  • İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi olmayacaq. Lisenziya almayan internet televiziyalar fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər;
  • Jurnalistlərin sosial portreti müəyyənləşdiriləcək;
  • Jurnalistlərə güzəşt və imtiyazlar veriləcək. Güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq;
  • Media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsi veriləcək. Vəsiqənin verilməsi könüllülük prinsipi əsasında olacaq.

MEDİA-nn belə görüşləri mütəmadi olaraq keçirilir. Lakin indiyədək heç bir müstəqil media nümayəndəsi həmin görüşdə iştirak edə bilməyib.

Azərbaycanda “Media Haqqında” yeni Qanun layihəsinin hazırlanması barədə qərar prezident tərəfindən ilin əvvəlində verilib. 2021-ci il yanvarın 12-də İlham Əliyevin “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Media İnişaf Agentliyi (MEDİA) yaradılıb və fərmana əsasən agentliyə iki ay ərzində yeni qanun layihəsini hazırlayıb prezidentə təqdim etmək tapşırılıb. Bu fərmandan 10 aydan çox vaxt keçsə də yeni qanun layihəsi nə prezidentə təqdim olunub, nə də ictimai müzakirəyə çıxarılıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia