Cümə axşamı, 13 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İran iddia edir ki, Şahçıraqdakı terror aktının koordinatoru Azərbaycan vətəndaşı olub

07 Noyabr 2022
A A
İran iddia edir ki, Şahçıraqdakı terror aktının koordinatoru Azərbaycan vətəndaşı olub

Foto: Anadolu Agentliyi

İranın İnformasiya və Kəşfiyyat Nazirliyi açıqlama yayıb ki, Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşı olub. Nazirliyin bu gün paylaşdığı məlumatda belə deyilir.

Nə baş verib: 26 oktyabrda Şiraz şəhərinin Şahçıraq ziyarətgahında 13 nəfərin həlak olduğu terror aktı baş verib. Həmin hadisəyə görə 26 nəfər həbs edilib. Həbs edilənlərin İran vətəndaşı olmadğını açıqlayan nazirlik, onların Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları olduğunu bildirib.

İran nəyi iddia edir: Nazirliyin açıqlasına görə İrandakı əməliyyatların istiqamətləndirilməsi və əlaqələndirilməsindəki əsas adam Azərbaycan Respublikasının vətəndaşı olub. Məlumata görə, saxlanılan şəxs Heydər Əliyev adına hava limanından İmam Xomeyni adına hava limanına endikdən sonra Azərbaycandakı əlaqələndirici şəxsə və İŞİD-in Əfqanıstandakı əməliyyat qərargahına Tehranda olmasi ilə bağlı məlumat verib.

Saxlanılanlar barədə nə məlumdur: İnformasiya və Kəşfiyyat Nazirliyinin məlumatında bildirilir ki, saxlanlanlar Fars, Tehran, Əlborz, Kirman, Qum və Rəzəvi Xorasan vilayətlərində təqib edilərək həbs ediliblər. Deyilir ki, onlardan bəziləri ölkədən qaçarkən şərq sərhədlərində həbs edilib. Terror törətməkdə ittiham edilənlərin Zahidan və digər şəhərlərdə də terror əməliyyatları həyata keçirməyi planlayıblar.

Rəsmi Bakı nə deyir: Hələlik heç bir açıqlama yoxdur.

  • 1 Noyabrda DTX İranın xüsusi xidmət orqanının nəzarətindəki silahlı birləşməni ifşa etdiyini açıqlayıb. Məlumata görə 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub, barələrində cinayət işi açılıb.
  • DTX-nın yaydığı rəsmi məlumatda həm də İranın Azərbaycandakı səfirliyi ittiham olunur. Bildirilir ki, hərbi təlimlərdə iştirak edən Fəqan Məmmədov üzərində dini şüarlar yazılan köynəkləri ölkənin bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylayıb. Onun həmin köynəkləri səfirliyə məxsus maşınla Azərbaycana gətirdiyi iddia edilir.
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia