Bazar, 18 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

25 May 2023
A A
Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

İllustrasiya: Mikroskop Media

Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssislər və qeyri-hökumət təşkilatlarının birgə araşdırması nəticəsində məlum olub ki, Ermənistandan olan vətəndaş cəmiyyəti fəalları NSO Group şirkətinə məxsus Pegasus izləmə qurğusu vasitəsilə təqib olunublar.

Ümumilikdə 30-dan çox şəxsin mobil telefonu Pegasus vasitəsilə yoluxdurulub və əsasən 2020-2021-ci illər ərzində onların izlənməsinə nail olunub. Adı çəkilən təşkilat və mütəxəssislər onlardan 12-nin şəxsiyyətini müəyyənləşdirə bilib. Təqib olunan 12 şəxs – Ermənistan Xarici İşlər nazirinin keçmiş sözçüsü, keçmiş Ombudsman, Azadlıq Radiosunun Ermənistan bürosunun 2 əməkdaşı, BMT rəsmisi və daha 7 nəfər vətəndaş cəmiyyəti fəallarıdır.

Mövcud sübutlar göstərir ki, həmin şəxslərin hədəf alınması Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konflikti ilə bağlıdır. Bu, Pegasus izləmə proqramının beynəlxalq müharibə kontekstində istifadəsinə dair ilk sübutdur.

mütəxəssislərin dərc etdiyi araşdırmada deyilir.

Araşdırma necə və niyə başlayıb?

Access Now və digərləri izlənmə ehtimalı ilə bağlı araşdırmaya Apple şirkətinin öz istifadəçilərinə 2021-ci ilin noyabrında göndərdiyi bildirişdən sonra başlayıb. Bu, birinci dalğa bildiriş vasitəsilə şirkət istifadəçilərinə dövlət tərəfindən izlənmə hədəfi ola biləcəkləri ilə bağlı xəbərdarlıq edib.

Həmin bildirişdən sonra Ermənistandan olan bir neçə şəxs izlənib-izlənmədiklərinin aydınlaşdırılması üçün kömək istəmək məqsədilə CyberHUB-AM və Access Now-a müraciət edib.

Ermənistandan kimlər, necə izlənib?

Hazırda QHT nümayəndəsi kimi fəaliyyət göstərən Anna Nağdalyan Ermənistanla Azərbaycan arasındakı müharibənin davam etdiyi tarixdə Xarici İşlər Nazirliyinin sözçüsü kimi fəaliyyət göstərirdi. Onun müraciəti əsasında baş tutan araşdırma nəticəsində mütəxəssislər müəyyən edib ki, Anna Nağdalyanın mobil telefonu 2020-ci il oktyabr – 2021-ci il iyul tarixləri arasında 27 dəfə ələ keçirilib və bu demək olar ki, ayda 1 dəfə baş verib.

Anna Xarici İşlər Nazirliyinin sözçüsü kimi fəaliyyət göstərirdi və bu da onu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən həssas söhbət və müzakirələrin tən ortasına qoyurdu.

araşdırmada A.Nağdalyan barədə danışılarkən qeyd olunur.

Tutduğu vəzifədən istefa verdikdən sonra da Anna qeyri-rəsmi olaraq sözçü kimi fəaliyyət göstərməyə davam edib ki, bu müddətdə də onun telefonunda izlənməyə imkan verən virus olub. Telefonu Pegasus vasitəsilə ələ keçirilərək izlənən şəxslərin bir qismi adının açıqlanmağından imtina edib və onlar bunu peşəkar və şəxsi səbəblərlə əsaslandırıblar.

İzlənməyə məruz qalan daha bir şəxs isə Kristinne Qriqoryandır ki, o, həmin vaxt Ermənistanın Ombudsmanı kimi fəaliyyət göstərirdi. Fəaliyyəti dövründə onun mandatına həm də hərbçilərin hüquqlarını müdafiə etmək daxil idi.

Araşdırmada ehtimal olunur ki, K.Qriqoryanın iPhone mobil telefonu 4 oktyabr 2022-ci il ərəfəsində virusa yoluxdurulub. 2022-ci il 5 sentyabrda o, azərbaycanlı həmkarı, Ombudsman Səbinə Əliyeva ilə görüşüb və bu zaman onlar bir-birilərinə mobil telefonlarını veriblər, amma Səbinə Əliyeva onun zəng və mesajlarına cavab verməyib. Bundan bir neçə gün sonra iki ölkə arasında hər iki tərəfin itkilər verdiyi sentyabr döyüşləri başlayıb.

Mobil telefonunda Pegasus izlənməsi aşkarlanan jurnalistlər deyir ki, bu, onların erkən parlament seçkilərinin keçirildiyi və həmin jurnalistlərin bunu işıqlandırdığı tarixlərə təsadüf edib.

Təqibin arxasında kim dayanır?

Pegasus izləmə proqramını istehsal edən NSO qrup bunu hökumətlərə satdığını deyib və indiyə qədər jurnalistlərin araşdırmaları bunun əsasən doğru olduğunu göstərir. Araşdırma müəllifləri hesab edir ki, bu əməliyyatın arxasında Pegasus istifadəçisi olan hökumət dayanır.

Nə Access Now, nə də Citizen Lab və Amnesty International Pegasus casus proqramının istifadəsini konkret bir hökumətlə əlaqəndirə bilib.

araşdırmada deyilir.

Mütəxəssislər hesab edir ki, Ermənistanda hədəfə alınan şəxslər hökumət tənqidçiləri olduğundan, ehtimal edilə bilər ki, izləmədə Ermənistan hökumətinin marağı olub. Buna baxmayaraq, Access Now Ermənistanın Pegasus istifadəçisi olduğuna dair texnoloji sübut tapa bilməyib.

Bunu da qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin başqa bir casus proqramı – Cytrox’s Predator-dan istifadə etdiyi güman edilir.

müəlliflər qeyd edir.

Bununla yanaşı əsaslı şübhələr var ki, Azərbaycan hökuməti Pegasus istifadəçisidir və izlənən 12 nəfər barədə məlumat almaq bu hökumətin də marağındadır. Citizen Lab-in davamlı internet skanı və DNS keşin yoxlaması nəticəsində Azərbaycanda “BOZBASH” və “YANAR” adlandırılan şübhəli ən azı iki Pegasus operatoru olduğu müəyyən edilib.

Belə görünür ki, “YANAR” Pegasus operatoru əsasən ölkə daxilindəki hədəflər, “BOZBASH” isə xarici, daha çox Ermənistandakı hədəflərin izlənməsi üçün nəzərdə tutulub.

Citizen Lab deyir.

Bundan öncə isə Amensty International, Forbidden Stories və beynəlxalq media orqanları konsorsiumunun “Pegasus Project” adlı birgə araşdırması nəticəsində məlum olmuşdu ki, Pegasus izlənməsi üçün seçilmiş şəxslərin siyahısında 1000-dən çox azərbaycanlının mobil telefon nömrələri var. “Pegasus Project” onlardan 245 nəfərinin kimliyini müəyyənləşdirə bildi. Bu şəxslər arasında reportyorlar, redaktorlar, media rəhbərləri, insan hüquqları müdafiəçiləri, vəkillər, müxalif fəallar və akademiklər var idi.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia