Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dağlıq Qarabağdakı bir erməninin acından öldüyü barədə məlumat yayılıb

24 Avqust 2023
A A
Dağlıq Qarabağdakı bir erməninin acından öldüyü barədə məlumat yayılıb

Xankəndində marketlər demək olar ki, boşdur. Foto: Ani Balayan

Dağlıq Qarabağ ərazisində yaşayan erməni əhalidən bir nəfərin acından öldüyü barədə məlumat yayılıb. Məlumatı tanınmamış respublikanın Ombudsman Aparatı yayıb və qeyd olunub ki, 40 yaşlı K.Ovanisyanın ölümünə səbəb “xroniki qida çatışmazlığı” və “protein və enerji azlığı” olub. Məlumatla bərabər Hovhannisyana aid olduğu iddia edilən arıq cəsədin fotosu da paylaşılıb.

OC Media yazır ki, “respublika”nın Ombudsman Aparatı ölümün günahını tamamilə Azərbaycan tərəfində görür və bunu “Azərbaycan tərəfindən Artsaxın [Dağlıq Qarabağın] 8 aydır davam edən blokadasının fəlakətli nəticələrindən biri” adlandırıb.

“Blokadanın ictimai səhiyyə sahəsində ilk təsiri cəmiyyətin həssas qrupları – uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar, yaşlılar və fiziki məhdudiyyətli şəxslər üzərində olub və onların vəziyyətinə təsir göstərir” – deyə məlumatda əlavə olunur. 

Xankəndində vəziyyət necədir?

Ermənistandan yanacaq və elektrik enerjisi tədarükünün olmaması işıqların tez-tez kəsilməsinə və ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına səbəb olub. Bu da yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsini çətinləşdirir.

Kənddə yaşayanlar isə öz ehtiyaclarını ödəmək üçün kənd təsərrüfatı məhsullarından qismən istifadə etsələr də, Xankəndində supermarketlər boş qalıb. Kəndlərdən göndərilən mallar isə yanacaq çatışmazlığı səbəbindən şəhərə çatdırıla bilmir.

Nə baş verib?

Azərbaycan hökuməti 2022-ci ilin dekabrında Laçın koridorunda 2023-cü ilin aprel ayına qədər davam edən etiraz aksiyası təşkil edib. 138 gün davam edən aksiyanın iştirakçıları “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının istismarının qanunsuz olduğunu və bunun ekologiyaya ziyan vurduğunu iddia edib. 

Aksiya ilə əlaqədar olaraq Ermənistanla Dağlıq Qarabağı birləşdirən yol bağlanıb və bu da blokadaya səbəb olub. 2023-cü ilin iyun ayına qədər Dağlıq Qarabağda yaşayan erməni əhali üçün zəruri ehtiyaclar Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təmin olunsa da, həmin aydan etibarən Azərbaycan hökuməti komitədən alternativ yoldan istifadə etməyi tələb edib və komitənin maşınlarının Laçın keçid məntəqəsindən keçməsini dayandırıb.

Eko fəallar kim idi? 

Aksiyanın davam etdiyi müddət ərzində hökumətyönlü medialar. Laçın koridorundakı aksiyanın eko-fəallar və ekologiya sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunduğu barədə məlumatlar yayılıb. 2023-cü ilin yanvarında Mikroskop Medianın dərc etdiyi araşdırma ortaya çıxarıb ki, ərazidə olan şəxs və QHT-lərin yalnız bir neçəsi eko-fəaldır. 

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia