Bazar ertəsi, 24 Avqust 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Dağlıq Qarabağ Respublikası”nın silahlı dəstəsi Arutyunyanı istefaya çağıranları axtarır

24 Avqust 2023
A A
“Dağlıq Qarabağ Respublikası”nın silahlı dəstəsi Arutyunyanı istefaya çağıranları axtarır

Foto: Asatur Esayanç / RİA, OC-Media. İllustrasiya: Mikroskop Media

“Hökumətin” nəzarəti altındakı “Milis” silahlı dəstəsi keçən həftə tanınmamış Dağlıq Qarabağ Respublikasının parlament binasına daxil olub və “prezident” Arayik Arutyunyanın istefasını tələb edənləri müəyyənləşdirməyə çalışıb.

Müxalifətdən olan deputatlar bildirib ki, “Milis” üzvlərinin bir sualı olub: “Arutyunyanın istefasını kim tələb edir?”.

Parlamentdəki hər iki müxalifət partiyası prezidentin istefasını tələb etdiklərini təkzib edib.

“Vahid Vətən” fraksiyasından olan Marsel Petrosyan bazar ertəsi Azadlıq Radiosuna bildirib ki, “istefa tələbi yoxdur”.

Bəs tələb söhbəti necə ortaya çıxıb?

Arutyunyanın istefası barədə tələbi sonuncu dəfə erməni əsilli rus milyarder Ruben Vardanyan səsləndirib. O, bazar günü “Facebook”-da canlı yayımda deyib ki, Arutyunyan istefa edəcəyini həftənin əvvəlində 8 nəfərin iştirak etdiyi iclasda vəd edib.

“Həmin iclasda iştirak edən 8 nəfərdən bəziləri sizin sözünüzə inanmadı. Başqa bir hissəsi: “Bəlkə bu dəfə düz deyir” dedi” – Ruben Vardanyan bildirib.

Ruben Vardanyan

O, həmçinin Arutyunyanı dövlət qurumlarını “dağıtmaqda” günahlandıraraq, milislərinin parlamentə girməsinə icazə verdiyinə görə tənqid edib.

“Milis” nədir və barəsində nə məlumdur?

Silahlı dəstə 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı “parlament” tərəfindən yaradılıb. Mülki könüllülərdən ibarət olan dəstə Müdafiə Nazirliyinin nəzarəti altındadır.

Rəhbəri Karen Matevosyan bazar ertəsi “Facebook”-da canlı yayımda çıxışı zamanı Harutyunyana dəstək verib.

O, milislərin Dağlıq Qarabağın erməni əhalisini “öldürülməkdən” xilas etmək üçün yaradıldığını və milislərin regionun daxili siyasətinə birbaşa müdaxilə etmədiyini bildirib.

Arutyunyan milis nümayəndələri parlamentə daxil olduqdan bir gün sonra, avqustun 17-də onlarla görüşüb. Görüşdə nə danışıldığı barədə ictimaiyyətə məlumat verilməyib.

Arutyunyan istefa verir, ya yox?

“Prezident” ofisi və hakim Azad Vətən Partiyası bazar günü Arayik Arutyunyanın istefa verməyi planlaşdırdığını təkzib edib.

Bununla belə Arutyunya 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bir neçə dəfə hakimiyyətdən getməyin mümkünlüyündən danışıb.

Noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyinin imzaladığı bəyanatdan sonra Arayik Arutyunyan vəziyyət normallaşdıqdan sonra istefaya gedəcəyini vəd etmişdi.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia