Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Abzas işi”ndə araşdırmaçı jurnalist Hafiz Babalının da təqsirləndirilən şəxs olduğu məlum olub

05 Dekabr 2023
A A
“Abzas işi”ndə araşdırmaçı jurnalist Hafiz Babalının da təqsirləndirilən şəxs olduğu məlum olub

Foto: Amerikanın Səsi / video screenshot

29 noyabrda Xətai Rayon Məhkəməsi Abzas Media ilə bağlı cinayət işində adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulub.

Bu barədə məlumatı araşdırmaçı jurnalist Hafiz Babalı yayıb. O, məlumatı vəkil Elçin Sadıqov vasitəsi ilə əldə edib.

Bank hesablarına həbs qoyulmasından başqa məhkəmə həm də vergi ödənişləri və hüquqi şəxslərin pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması barədə də qərar çıxarıb.

Hafiz Babalı “Facebook” postunda onu da yazır ki, əldə etdiyi sənədə görə o, təqsirləndirilən şəxsdir.

Araşdırmaçı jurnalist 28 noyabrda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib. Ona Abzas Media, orada dərc edilən araşdırmalar, özünün maliyyə mənbələri barədə suallar verilib. Jurnalist dərc edilən bir neçə araşdırmanın müəllifi olduğunu gizlətmir.

İttiham tərəfi məni hansı qanunsuz əməldə gunahlandıra bilər? Başa düşürəm, elə bir mühitdə, cəmiyyətdə və hakimiyyət altında yaşayırıq ki, istənilən məsum insanı ən ağır cinayətdə belə bu ölkənin marionet məhkəməsi ittiham edib həbsə ata bilər və edir – nümunələr kifayət qədərdir. Abzas’la əməkdaşlıq etmişəmmi? Bəli. Jurnalistəm. Bu, mənim işimdir.

Hafiz Babalı

Nə baş verib: 20 noyabrdan bəri Abzas Media-ya qarşı Azərbaycan hökumətinin repressiya dalğası başlayıb. Saytın direktoru, direktor müavini, baş redaktoru və bir jurnalisti həbs edilib. Onlar barədə qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb.

Saytın digər əməkdaşları isə Bakı Şəhər Baş Polis İdarəsinə ifadə verməyə çağırılır.

Hökumətin nəzarətində olan saytlar və televiziyalarda Abzas Media-ya qarşı qaralama kampaniyası aparılır. Hazırlanan yazılar və sujetlərdə medianın ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda pul gətirməsi barədə ittihamlar səsləndirilir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia