Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Amnesty International İlham Əliyevə çağırış edib: İbadoğluya qarşı ittihamlara xitam verin! 

28 İyun 2024
A A
Amnesty International İlham Əliyevə çağırış edib: İbadoğluya qarşı ittihamlara xitam verin! 

Professor Qubad İbadoğlu. İllustrasiya: Mikroskop Media

Amntesy International Hüquq müdafiə təşkilatı professor Qubad İbadoğlu ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Mikroskop Media xəbər verir ki, məktubda barəsində cinayət işi açılan və 9 ay həbsdə qalan professor Qubad İbadoğluna qarşı irəli sürülən bütün ittihamların götürülməsi tələb olunur. 

Məktubda nə deyilir?

Qurum məktubda qeyd edir ki, 22 apreldə onun ev dustaqlığına buraxılmağı bu məsələdə müsbət hal olsa da professor və siyasətçinin səhhətindəki problemlər hələ də qalır:

“Ev dustaqlığı onun işində müsbət hal olsa da, o  hələ də onun təcili tələb etdiyi qayğını,  lazımi tibbi yardımı ala bilmir. Mən sizi doktor Qubad İbadoğluya qarşı irəli sürülən bütün ittihamların ləğv edilməsi üçün lazımi addımları atmağa və xaricdə adekvat səhiyyə xidmətlərindən istifadə etmək üçün onun ölkəni tərk etməyinə icazə verilməsinə çağırıram”. – məktubda deyilir.   

Məktubda qeyd olunur ki, ailəsi Qubad İbadoğlunun ürək xəstəliyi, 2-ci tip şəkərli diabet, böyrək xəstəliyi, şiddətli bel ağrılarından əziyyət çəkdiyini bildirir. Buna əsasən Amnesty International məktubunda professora Azərbaycanda da adekvat tibbi xidmətə çıxış imkanı verilməsini tələb edir: 

“Bu arada seçdiyi əcnəbi həkimin ona evdə baş çəkməsinə icazə vermək də daxil olmaqla, Azərbaycanda adekvat tibbi xidmətə çıxış imkanı verilməlidr.”

Amnesty International prezident İlham Əliyevi digər fəal və jurnalistlərə qarşı da bütün siyasi motivli ittihamları ləğv etməyə çağırıb:

“Mən sizi həmçinin Azərbaycanda cinayət mühakiməsi sistemindən  tənqidçilər və dissidentləri hədəf almaq üçün sui-istifadəyə son qoymağa çağırıram. Azərbaycanda hüquq müdafiəçilərinə, fəallara və jurnalistlərə  qarşı bütün siyasi motivli ittihamlar  dərhal ləğv  edilsin”.  

Mikroskop-u dəstəklə – ianə et

Nə baş verib?

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı professor Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 204.1-ci – satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları əldə etmə və ya satma – maddəsi ilə cinayət işi başlanıb.

Qubad İbadoğlu öz həbsi barədə qısa şərh verə bilib:

İlham Əliyevin sifarişi ilə saxlanılmışam. 

Həbslə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında keçirilib.

2024-cü il aprelin 22-də Q.İbadoğlu ev dustaqlığına buraxılıb. 

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia