Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxacaq

05 Sentyabr 2023
A A
Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxacaq

İllustrasiya: Mikroskop Media

Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu qaydanı əsas tutaraq iqtisadçı professor Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Bu barədə məlumatı həbsdə olan iqtisadçının qardaşı Qalib Toğrul yayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi artıq Azərbaycan hökumətinə suallar da göndərib.

Qalib Toğrul deyir ki, işə dərhal baxılmasının səbəbi Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsidir.

Azərbaycanın müvafiq icra hakimiyyəti strukturlarından (hakimiyyətindən) başqa hər kəs bu təhlükəni görür və nəsə etməyə çalışır. Qardaşımın tezliklə azadlığa qovuşmasına ümidlərimiz artır!

Qalib Toğrul

39-cu qayda nədir?

39-cu qayda deyəndə Avropa İnsan Haqları Konvensiyasının maddəsi nəzərdə tutulur. Həmin maddənin tələblərinə əsasən, sağlamlığı ilə bağlı problemi olan şəxslərin işinə prioritet qaydada, yəni növbədənkənar baxılır.

İqtisadçının ailə üzvlərinə qarşı təzyiq var

Qubad İbadoğlunun digər qardaşı da daxil olmaqla onun qohumlarından bir neçəfərin ölkədən çıxışına qadağa qoyulub. Qalib Toğrul yazır ki, qadağa təkcə Bayramovlara deyil, digər soyaddan olan qohumlara da tətbiq olunub.

“Halbuki, Qubad müəllimə qarşı uydurulmuş cinayət işində hansısa qardaşının və ya qohumunun adı heç şahid qismində də keçmir”.

Bundan əvvəl isə Qubad İbadoğlunun qaldığı kamerada işıq söndürülmürdü, ailəsinin isə ona göndərdiyi dərman və təmizlik vasitələri təcridxana rəhbərliyi tərəfindən çatdırılmırdı.

Nə baş verib? 

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu 23 iyulda saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 204.1-ci – satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları əldə etmə və ya satma – maddəsi ilə cinayət işi başlanıb.

Qubad İbadoğlu öz həbsi barədə qısa şərh verə bilib: “İlham Əliyevin sifarişilə saxlanılmışam”. 

Həbslə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında keçirilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia